Xalq artistinin qızına hökm oxundu

Xalq artistinin qızına hökm oxundu"Yüksəliş" müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə ittiham edilən Tamilla Sadıxovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə "Super Servis Keyterinqi" MMC-nin rəhbəri T.Sadıxova 2 min manat cərimə edilib.

Müsabiqənin imtahanda yeməkləri təmin edən şirkət rəhbəri Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, hadisə zamanı texniki heyət, işçi qrupun üzvləri və müsabiqə iştirakçıları arasında 70 nəfər qidadan zəhərlənmişdi. T.Sadıxova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4153   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş