Polad Bülbüloğlunun keçmiş xanımı vəfat etdi - FOTO

Polad Bülbüloğlunun keçmiş xanımı vəfat etdi - FOTOSSRİ-nin Xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

Bu haqda TASS agentliyi məlumat yayıb. Bildirilib ki, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1956-cı ildə Odessa Konservatoriyasını bitirib. 1956-cı ildə Odessa Opera və Balet Teatrında səhnəyə çıxıb. B.Rudenko Sovet tarixi boyunca 27 yaşında SSRİ Xalq artisti adına layiq görülmüş yeganə müğənnidir. O, 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti olub./Axşam.az

Polad Bülbüloğlunun keçmiş xanımı vəfat etdi - FOTOPolad Bülbüloğlunun keçmiş xanımı vəfat etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2299   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş