Şəhidləri təhqir edən belə CƏZALANDIRILDI

Şəhidləri təhqir edən belə CƏZALANDIRILDITovuzda şəhidləri təhqir edən şəxsi bir qrup rayon sakini cəzalandırıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə həmin şəxs şəhidlərin məzarına önünə gətirilərək diz çökdürülür və ondan üzr istəməsi tələb olunur. Sonra bir-bir şəhid məzarlarını öpür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:

"Sosial şəbəkələrdə yayılan həmin video görüntülərlə bağlı Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2945   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar