Yol polisi blogerlərə müraciət etdi

Yol polisi blogerlərə müraciət etdiBakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol qəzaları ilə bağlı bloqerlərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

"Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır.

Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir".

A.Əsgərli qeyd edib ki, bu dönəmdə sosial şəbəkələrdə daha çox bayağı məlumatlar paylaşılır, bayağı informasiyalar verilir: "Heç bir ictimai mesajı olmayan məslələrə toxunulur. Buradan bloqerlərə müraciət edərək bildirmək istəyirik ki, bu cür ciddi məsələlərə toxunsunlar. Biz onlara dəstək olmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Sosial şəbəkələrdən aktiv istifadə edən hər kəs cəmiyyəti bu mövzuda maarifləndirsə, yaxşı olar. Məsələn, Taleh Yüzbəyov, Bəhram Bağırzadə və başqaları bu mövzuları işıqlandırsalar, biz onlara əlimizdən gələn köməkliyi göstərərik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1116   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri

"Azərbaycanda qiymət artımının əsas səbəblərindən biri iqtisadi modelin struktur problemləridir. Müxtəlif məhsul və xidmətlərin bahalaşmasını yalnız dünya bazarındakı qiymət artımı, inflyasiya və ya sahibkarların marjası ilə izah etmək düzgün deyil". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asi

17.08.2026 184
.

Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatdı

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17.08.2026 206
.

Prezident İlham Əliyevə İrpindən xüsusi ehtiram - Siyasi və humanitar mesaj

"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşü və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya baxımından mühüm siyas

17.08.2026 280
.

Bu meydana Taras Şevçenkonun adı verildi

Bakıdakı meydanlardan birinə Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, bura Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsini

17.08.2026 209
.

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu

"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub

17.08.2026 267
.

ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind

17.08.2026 239
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. BİG.AZ OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17.08.2026 182
.

Tramp İranı ağ bayraq qaldırmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp İranı təslim olmağa çağırıb. xəbər verir ki, o, bu barədə "Fox News" açıqlamasında deyib. O, İranın yaxşı poker oynadığını, güc nümayiş etdirdiyini, lakin pərdəarxasında güclü təzyiqə məruz qaldığını bildirib. Tramp rəsmi Tehranın ağ bayraq qaldırmalı olduğunu vurğulayı

17.08.2026 149
.

Parkda kütləvi atışma: ölən və yaralananlar var

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Çarlz Yanq parkında kütləvi atışma baş verib. xəbər verir ki, bu barədə yerli WKYT telekanalı məlumat yayıb. Leksinqton polisi bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetm

17.08.2026 199
.