"O tələbədir, yol xərcini qarşılamaq üçün işləyirdi" - 5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı

"O tələbədir, yol xərcini qarşılamaq üçün işləyirdi" - 5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdıXəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Mahmud Əzizovun qardaşı Rəhim Əzizli hadisə ilə bağlı "Qafqazinfo"ya danışıb.

R.Əzizli bildirib ki, qardaşı ikinci kurs tələbəsidir və bütün sənədləri qaydasında olub:

"Qardaşımın sənədləri qaydasında idi. BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var. Qardaşım 2-ci kurs tələbəsidir. Evdə olan günlər işləyirdi, yol xərcliyini çıxarırdı. Qardaşım elə dərsə tələsirdi ki, gəlib çatsın. Avtobus da çıxıb qarşısına. Yük maşınını evə qoyub günorta dərsə gedəcəkdi".

Qardaşı iddia edir ki, 19 yaşlı Mahmud yolda sürət həddini aşmayıb və avtobus onun qarşısına çıxıb:

"Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Bununla bağlı video-sübutlarımız yoxdur. Mən avtobus sürücüsünü birbaşa günahlandırmıram. Ancaq hadisə belə olub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i ondadır. Qardaşım yolda normal sürətdə gedib".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisənin necə baş verməsi ilə bağlı hələ ki heç bir görüntü yayılmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 11398   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kupçasız torpağın sahibi necə müəyyənləşdirilir? - Vacib izah

"Sənədsiz torpaq dedikdə faktiki istifadə olunan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan torpaq sahələri nəzərdə tutulur. Bunlara sovet dövründə ayrılmış, bələdiyyə və ya icra hakimiyyətləri tərəfindən verilmiş, bağ massivlərində istifadə olunan, vərəsəlik yolu ilə keçən, lakin rəsmiləşdirilməyən

17.08.2026 316
.

Bu il Azərbaycanda 10 minə yaxın ailə dağılıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin

17.08.2026 154
.

Rumıniyada pilotsuz təyyarə həyəcanı - F-18 havaya qalxdı

Mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı Rumıniyanın şərqində vurulub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rumıniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalatsidən təxminən 24 kilometr şimalda, Moldova Respublikasından milli hav

17.08.2026 172
.

Qarabağda Böyük Qayıdış: Qarşıda duran böyük məqsədlər

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bu proses dövlə

17.08.2026 175
.

Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu

17.08.2026 146
.

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. "Xəzər"

17.08.2026 410
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. BİG.AZ OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17.08.2026 182
.

Parkda kütləvi atışma: ölən və yaralananlar var

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Çarlz Yanq parkında kütləvi atışma baş verib. xəbər verir ki, bu barədə yerli WKYT telekanalı məlumat yayıb. Leksinqton polisi bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetm

17.08.2026 199
.

Prezidentə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim olundu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib. "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm

17.08.2026 190
.