Gəncədə ardıcıl partlayış səsləri eşidildi: Səbəb bu imiş

Gəncədə ardıcıl partlayış səsləri eşidildi: Səbəb bu imişGəncədə yayılan partlayış səsi "Seyfəli" poliqonundan gəlib.

Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin sahə rəisi, polis mayoru Azər Əsədov deyib.

"Hazırda "Seyfəli" poliqonunda təlimlər gedir. Şəhərdə partlayış olması ilə bağlı yayılan xəbər şayiədir. Gəncədə və ətraf ərazilərdə eşidilən səslər poliqondan gəlir", - polis mayoru deyib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində iki dəfə partlayış səsi eşidilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. /// axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3051   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş