Uğursuzluğa düçar olmuş erməni təbliğatı

Uğursuzluğa düçar olmuş erməni təbliğatıErmənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar. Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra belə, ermənilər bu qəsəbənin hələ də onların nəzarəti altında olması ilə bağlı feyk məlumatlar paylaşırdılar. Ən qəribəsi isə həmin saxta məlumatların Ermənistan rəsmiləri tərəfindən təsdiqlənməsi idi. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu
Dövlətimizin başçısı Hadrutun işğaldan azad edildiyini açıqladığı zaman əslində həm də Ermənistanın aldadılan cəmiyyətini, özlərinin rəsmi şəxslərindən daha çox Azərbaycanın Ali Baş Komandanının açıqladığı məlumatlardan həqiqətləri öyrənən insanları baş verənlərdən xəbərdar edirdi. Hadrut əməliyyatının uğurla başa çatması Ali Baş Komandanın, Azərbaycan hərbçilərinin çox yüksək səviyyədə hərbi biliyə malik olmasının, əməliyyatların zərgər dəqiqliyi ilə hazırlanaraq həyata keçirilməsinin nəticəsidir. Bu ərazilərin hamısının müdafiəsi ermənilər tərəfindən gücləndirilmişdi. Buna görə də həmin əməliyyatlar çox böyük ustalıqla hazırlanıb həyata keçirildi. Düşmənin yanından keçib ona arxasından zərbə vuruldu və o darmadığın edildi. Bu səbəbdən Hadrut əməliyyatının hərb elmində çox böyük əhəmiyyəti var və bu əməliyyat çox yüksək dəyərləndirilir.
Hadrutun işğaldan azad edilməsi və Hadrut ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi Füzuli istiqamətində qoşunlarımızın daha inamla irəliləməsi imkanını genişləndirdi. Paralel olaraq, Azərbaycan Ordusu Hadrutun azad edilməsindən sonra hücum cəbhəsini daha da genişləndirmək üçün imkan əldə etdi. Təbii ki, Hadrutun Qarabağın dağlıq ərazisinə daxil olduğu və ermənilərin buranın geri qaytarılmasına heç vaxt razılaşmadıqları nəzərə alınarsa, bu ərazinin ordumuzun nəzarətinə keçməsi həm də "Dağlıq Qarabağ" seperatçı rejiminin tutduğu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi, "Böyük Ermənistan" ideyasının tarixə qovuşmasının bir başlanğıcı hesab olunardı.
Yalan üzərində qurulan Erməni təbliğatıbütün dünyanı inandırmağa, onlarda saxta rəy yratmağa çalışırdı ki, Erməni əhalisi əsrlər boyu burada yaşayıb. əslində isə Hadruta ermənilər çar Rusiyası tərəfindən İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. ərazidə bir dənə də olsun qədim Erməni adidəsi mövcud deyildi. Sonradan yerli tarixi abidələri erməniləşdirən bu saxtakarlar özlərini bu yerlərin qədim sakinləri kimi tədim edirdilər.
Prezident İlham Əliyevin Hadrutun azad edilməsindən sonra söylədiyi "Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb" fikirləri ermənilərlə azərbaycanlıların davranışları, əməlləri arasındakı fərqin ən mükəmməl formada nəzərə çatdırılmasıdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 914   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri

"Azərbaycanda qiymət artımının əsas səbəblərindən biri iqtisadi modelin struktur problemləridir. Müxtəlif məhsul və xidmətlərin bahalaşmasını yalnız dünya bazarındakı qiymət artımı, inflyasiya və ya sahibkarların marjası ilə izah etmək düzgün deyil". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asi

17.08.2026 184
.

Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatdı

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17.08.2026 206
.

Prezident İlham Əliyevə İrpindən xüsusi ehtiram - Siyasi və humanitar mesaj

"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşü və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya baxımından mühüm siyas

17.08.2026 280
.

Bu meydana Taras Şevçenkonun adı verildi

Bakıdakı meydanlardan birinə Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, bura Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsini

17.08.2026 209
.

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu

"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub

17.08.2026 267
.

ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind

17.08.2026 239
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. BİG.AZ OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17.08.2026 182
.

Tramp İranı ağ bayraq qaldırmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp İranı təslim olmağa çağırıb. xəbər verir ki, o, bu barədə "Fox News" açıqlamasında deyib. O, İranın yaxşı poker oynadığını, güc nümayiş etdirdiyini, lakin pərdəarxasında güclü təzyiqə məruz qaldığını bildirib. Tramp rəsmi Tehranın ağ bayraq qaldırmalı olduğunu vurğulayı

17.08.2026 149
.

Parkda kütləvi atışma: ölən və yaralananlar var

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Çarlz Yanq parkında kütləvi atışma baş verib. xəbər verir ki, bu barədə yerli WKYT telekanalı məlumat yayıb. Leksinqton polisi bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetm

17.08.2026 199
.