Bakıda ŞOK HADİSƏ: Vəzifəli şəxsin xanımının sevgilisi paltar dolabında tapıldı

Bakıda ŞOK HADİSƏ: Vəzifəli şəxsin xanımının sevgilisi paltar dolabında tapıldıBakı şəhər Xətai rayon Məhkəməsində sevgi münasibətində olduğu qadını döyən və ona qarşı soyğunçuluq etmiş 1992-ci il təvəllüdlü Natiq Məmmədov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən gənc oğlanın subay, zərərçəkən qadının isə evli olduğu, onların arasında sevgi münasibətinin olması üzə çıxıb. Bəlli olub ki, onlar təxminən 3 il əvvəl sosial şəbəkə vasitəsilə tanış olublar və tez-tez görüşməyə başlayıblar. Belə ki, həyat yoldaşı vəzifəli şəxs olan və maddi cəhətdən imkanlı olan Viktoriya (şərti) adlı qadın Xətai rayonundakı evində əksər vaxtlar tək yaşayıb. Bundan sonra Binqədi rayon sakini olan Natiq qadının evinə yaxın yerdən kirayə ev tutub və anası ilə ora köçüb. Gənc oğlanla Viktoriya beləliklə vaxtaşırı görüşməyə başlayıblar. Tanışlıq müddətində Natiqin kirayə tutduğu evin aylıq ödənişlərini də Viktoriya ödəyib. Baş vermiş cinayət hadisəsinə gəlincə zərərçəkmiş qadın olayı belə təsvir edib:

"Təxminən 3 ilə yaxındır ki, sosial şəbəkələrin birində Natiqlə tanış olmuşuq. Bundan sonra aramızda yaxın münasibət yaranıb və görüşməyə başlamışıq Natiq anası Sveta ilə birlikdə yaşadığım məhəllədə kirayə yaşayıb. Natiqin kirayə yaşadığı evin pulunu mən ödəmişəm. 06 dekabr 2020-ci il tarixdə Natiqi yaşadığım evə dəvət etdim. Natiq saat 18 radələrində gəldi, birlikdə nahar etdikdən sonra Natiq pula ehtiyacı olduğunu bildirib 5 min manat pul istədi. Mən də hazırda pulumun olmadığını bildirən zaman aramızda sözlə mübahisə baş verdi. Bundan sonra Natiqin yataq otağında olan siyirmədən mənə məxsus qızıl-zinət əşyaları olan mücrünü götürdüyünü gördüm. Natiqə yaxınlaşıb qızıllarını qaytarmağı tələb edəndə məni itələyib qızıllarımı da götürüb getdi. Natiq getdikdən bir qədər sonra özümə məxsus "Samsung" markalı mobil telefonumu götürdüyümü anladım. 08 dekabr 2020-ci il tarixdə Natiqin kirayə yaşadığı evə getdim. Həmin vaxt mənzilin qapısını Natiqin anası Sveta adlı qadın açdı. O, Natiqin evdə olmadığını bildirdi. Buna baxmayaraq o, evə daxil olub paltar dolabına baxan zaman Natiqin paltar dolabında gizləndiyini gördüm. Mənzildən götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını tələb etdim, o isə qızılları qaytarmayacağını bildirdi. Polisə şikayət edəcəyim təqdirdə aramızda olan münasibətin ailə üzvlərimə bildirəcəyini dedi. Bu mövzuda aramızda mübahisə baş verdi və mübahisə zamanı Natiq mənim bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirdi. Bundan sonra oradan çıxaraq yaşadığım evə qayıtdım və artıq dözə bilmədiyim üçün baş vermiş hadisə barədə ailə üzvlərimə məlumat verdim. Səhərisi gün, yəni 09 dekabr 2020-ci il tarixdə polisə hadisə barədə şikayət etdim. Natiqin yaşadığı evdən paltar dolabından götürdüyü mücrünün içərisində hər biri 5.000 manat olmaqla 10.000 manat dəyərində boyunbağı, üzük və kulondan ibarət 2 ədəd qızıl dəsti, 1 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan boyunbağı və üzükdən ibarət qızıl dəsti, 1 ədəd 10.000 manat dəyərində üzərində brilyant qaşları olan kişi üzüyü, 1 ədəd 8.000 manat dəyərində üzərində brilyant qaşları olan qadın üzüyü, 5407 manat dəyərində 1 ədəd gümüşü rəngli, 750 əyyarlı, brilyant qaşlı, ümumi çəkisi 26,01 qram üzük və sırğadan ibarət qızıl dəsti olub. Bundan əlavə hadisə zamanı 1 ədəd 2.000 manat dəyərində "Samsung S9 plus" markalı mobil telefon götürülüb. Ümumilikdə mənə 38967 manat ziyan dəyib. İstintaq zamanı Natiqin qohumları tərəfindən dəymiş ziyandan 3000 manat ona ödənili. İş üzrə mənə məxsus maddi sübut kim tanınmış bir ədəd 5407 manatlıq qızıl dəst müstəntiq tərəfindən qəbzlə özümə qaytarılıb".

Zərərçəkən qadının dediklərini onun evində xidmətçi işləyən qadın və şəxsi sürücüsü də təsdiq edib.

Məhkəmə prosesində Viktoriya barışıq ərizəsi verərək Natiqi bağışladığını, məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun nümayəndəsinin iştirakı ilə iclasların keçirilməsini məhkəmədən xahiş edib.

Məhkəmə prosesi opktyabrın 5-də başa çatıb və Natiq Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12293   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

11.11.2026 381
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.