Hacı Surxay – "MƏHƏRRƏM AYINDA TOY EDƏNLƏRƏ İRAD BİLDİRMƏKDƏ MƏQSƏDİM BU GÜNLƏR ÜÇÜN İDİ"
Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-sindən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək isrəyirəm,əziz xalqım.
Çox maraqlıdır...
Məhərrəm ayında qeyrət nümayiş etdirib,mənə irad tutanlar,sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır,onların ruhuna dualar oxunur, sizlər isə toy edirsiniz...
Bəs buna sözünüz nədir,bunu kimin adına yazacaqsınız ?!"
Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik.
Hörmətlə,
Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü
hacı Surxay Məmmədli
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3137 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHörmüz boğazında gəmiyə "naməlum mərmi" atılıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) çərşənbə axşamı Hörmüz boğazında bir gəminin "naməlum mərmi" ilə vurulduğu və nəticədə bir nəfərin öldüyü barədə məlumat aldığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, gəmi həmin vaxt vacib su yolunda
11:10 0 Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatdı
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17.08.2026 281 Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri
"Azərbaycanda qiymət artımının əsas səbəblərindən biri iqtisadi modelin struktur problemləridir. Müxtəlif məhsul və xidmətlərin bahalaşmasını yalnız dünya bazarındakı qiymət artımı, inflyasiya və ya sahibkarların marjası ilə izah etmək düzgün deyil". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asi
17.08.2026 205 "Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"
Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:. "Anam riskə gedən, övladı üçün çətinliyə dözə
17.08.2026 436 Mourinyo "Real Madrid"də mövsümə belə hazırlaşır
"Real Madrid" 2026/27 mövsümü öncəsi keçirdiyi altı yoxlama oyunundan beşində qalib gəlib, birində heç-heçə edib. xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Madrid klubu hazırlıq matçlarında "Alkorkon"u 1:0, "Leqanes"i 4:1, "Ferentsvaroş"
17.08.2026 224 Prezidentə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim olundu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib. "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm
17.08.2026 203 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ
Sumqayıtda faciəli hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Yasəmən Rasim qızı Rzayeva yaşadığı binadan yıxılaraq ölüb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır
17.08.2026 330 Əhalinin sayı açıqlandı
Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki
17.08.2026 254 Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində
10:19 81