Smart sayğacların mexaniki "ömrü" - ARAŞDIRMA

Smart sayğacların mexaniki "ömrü" - ARAŞDIRMA"Smart şəhər", "smart kənd", smart işıq, su, qaz sayğacları və sair və ilaxır. Paytaxt Bakıda kommunal sahədə smart sayğaclar üstünlük təşkil edir. İstər qaz, işıq, istərsə də su sayğaclarının əksəri smart tiplidir. Bir müddət əvvələ qədər məhz həmin sayğacların istifadəsi üçün geniş maarfiləndirmə işləri aparılırdı. Vətəndaşlar smart sayğacların daha rahat olduğunu gördü. Amma bir müddət sonra bu sahədə problemlər özünü göstərdi. Bu günlərdə vətəndaşların narazılığına səbəb olan məsələlərdən biri də budur ki, smart su sayğaclarının batareyaları sıradan çıxır və bundan abonentin xəbəri olmur. O vaxt xəbər tutur ki, ona mexaniki sayğac üçün bildiriş gəlir. Abonentlər elə hesab edirlər ki, sayğaca yüklədikləri pul bitməyib, lakin sonradan ona çek-bildiriş veriləndə böyük məbləğdə su sərfinin qeydini görürlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma yayımlayıb.

2021-ci ildə tender olmayıb?

Qısa araşdırma apardıqda məlum oldu ki, əvvəllər "Azərsu" ASC tərəfindən məhz smart-kart tipli sayğaclarla bağlı lazımı vasitələr alınıb. Misal üçün, "Azərsu" ASC smart-kart tipli, ön ödənişli su sayğacları üçün litium batareyaları və "Azərsu" loqolu plombların satın alınması məqsədilə açıq tender elan edib. 2017-ci və 2018-ci illər üçün belə tenderlər keçirilib. Lakin 2021-ci il üçün belə bir elana rast gəlinmədi. Smart-kart tipli sayğaclarda yaranmış problem barədə "Azərsu" ASC məlumatlıdırmı və bu istiqamətdə hansı işlər görülür?

"Bəli, məlumatlıyıq"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sayğaclarda batareyaların zəifləməsi, elektron hissəsinin sıradan çıxması halları mövcuddur: "Bəli, biz bundan məlumatlıyıq. Əvvəllər batareyaları dəyişdirmək üçün tenderlər keçirmişik. Yəni harada ki batareyaları dəyişdirmək imkanı var, onu həyata keçiririk. Qeyd edim ki, smart sayğac iki hissədən, həm mexaniki, həm də smart hissədən ibarətdir. Harada ki artıq smart hissənin sıradan çıxması halı qeydə alınırsa, yəni smart hissə düzgün işləmirsə, klapanı bağlanmırsa və ya hər hansı problem olursa, onda biz həmin sayğacların mexaniki hissəsini hesabatlara keçiririk. Qeyd etdiyiniz kimi, belə olduqda vətəndaşlara sayğacın mexaniki hissəsi üzərindən hesabatlar verilir. Belə deyək, hər ay bizim nəzarətçi yaxınlaşır, çek, yəni bildiriş çap edir və vətəndaşlara təqdim edir. Qeyd edim ki, 2021-ci ildə sayğac batareyalarının alınması ilə bağlı tender keçirilməyib".

"Sonradan dürüstləşmə aparılır"

A.Cəbrayıllı abonentlərlə "Azərsu" ASC arasında müəyyən mübahisələrə səbəb olan məsələyə aydınlıq gətirərək dedi ki, batareya zəifləyəndə, yaxud da ki, sayğacın smart hissəsində hər hansı bir qüsur yarananda, sayğaca yüklənmiş vəsait bitdikdə klapan bağlanmır: "Bəzi hallarda vətəndaşlar elə bilirlər ki, onların suyu qurtarmayıb, kartlarına da pul yükləmirlər. Belə deyək, kartlarına 5 manat yükləyirlər, amma 15, 20 manatlıq su işlədirlər. Belə olduqda vətəndaş karta yüklədiyi pulun miqdarından daha çox su istifadə edir. Buna görə də, sonra dürüstləşmə aparılır və həmin vətəndaşa hesab-bildiriş verilir".

"Azərsu" sayğacların işləməsini təmin etməlidir"

İqtisadçı ekspert Eldəniz Əmirovbildirdi ki, quraşdırılmış sayğacların keyfiyyət göstəricilərinə "Azərsu" ASC cavabdeh olmalıdır: "Bu sayğacların davamlı saz işləməsi üçün qulluq tələb edilirsə, lazımi qulluq edilməlidir. Batareyası dəyişdirilməklə işlək hala gətirilirsə, bu da edilməlidir. Çünki dünya smartlaşır. Belə dövrdə biz keyfiyyətsiz smart sayğaclar işlədiriksə və onlar sıradan çıxan kimi mexaniki hesablamaya keçiriksə, bu, sadəcə acınacaqlıdır. Bütün hallarda "Azərsu" əməkdaşları sayğacları vaxtaşırı nəzarətdə saxlamalı və işləməsini təmin etməlidirlər".

"Vətəndaş tam olaraq prosesdən məlumatlandırılmalıdır"

E.Əmirov qeyd etdi ki, əgər hansısa səbəbdən smart sayğacın fəaliyyəti dayanarsa, bərpası mümkünsüz olarsa, yenisi ilə əvəz edilməlidir: "Təkrar olaraq altından xətt çəkərək vurğulamaq istəyirəm ki, ölkəmiz "smart şəhər", "smart kənd" layihələrini reallaşdırır. Belə olan halda smart sayğacın fəaliyyətini təmin edə bilməmək və ya bunu istəməmək çox pis nümunədir.

Əgər yeni smart sayğacla təminat bərpa edilənə qədər müvəqqəti olaraq mexaniki rejimin tətbiq edilməsinə ehtiyac varsa, o zaman vətəndaş tam olaraq prosesdən məlumatlandırılmalı və sərfiyyat göstəricilərinin hər iki tərəfin iştirakı ilə qeydiyyatı aparılmalıdır. Amma bu, müddətsiz xarakter almamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1583   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.