Prezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTO

Prezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrası davam edir. Bu barədə məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, belə layihələrdən biri də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoludur.

Qeyd edək ki, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.

Onu da qeyd edək ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Dövlətimizin başçısına Füzuli-Hadrut avtomobil yolunun layihəsi barədə də məlumat verilib. Başlanğıcını Zəfər yolundan götürən bu yol yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq.

Prezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTOPrezident yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB + FOTO2021-10-09 16:33

Xocavənd rayonunun Hadrut qəsəbəsində 35 kilovoltluq yeni "Hadrut" yarımstansiyasının təməli qoyulub.

Təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.

Dövlət başçısı həmçinin Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1424   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hörmüz boğazında gəmiyə "naməlum mərmi" atılıb

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) çərşənbə axşamı Hörmüz boğazında bir gəminin "naməlum mərmi" ilə vurulduğu və nəticədə bir nəfərin öldüyü barədə məlumat aldığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, gəmi həmin vaxt vacib su yolunda

11:10 0
.

Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatdı

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17.08.2026 281
.

Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri

"Azərbaycanda qiymət artımının əsas səbəblərindən biri iqtisadi modelin struktur problemləridir. Müxtəlif məhsul və xidmətlərin bahalaşmasını yalnız dünya bazarındakı qiymət artımı, inflyasiya və ya sahibkarların marjası ilə izah etmək düzgün deyil". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asi

17.08.2026 205
.

"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"

Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:. "Anam riskə gedən, övladı üçün çətinliyə dözə

17.08.2026 436
.

Mourinyo "Real Madrid"də mövsümə belə hazırlaşır

"Real Madrid" 2026/27 mövsümü öncəsi keçirdiyi altı yoxlama oyunundan beşində qalib gəlib, birində heç-heçə edib. xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Madrid klubu hazırlıq matçlarında "Alkorkon"u 1:0, "Leqanes"i 4:1, "Ferentsvaroş"

17.08.2026 224
.

Prezidentə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim olundu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib. "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm

17.08.2026 203
.

Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ

Sumqayıtda faciəli hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Yasəmən Rasim qızı Rzayeva yaşadığı binadan yıxılaraq ölüb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır

17.08.2026 330
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

17.08.2026 254
.

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində

10:19 81
.