Yüksək vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI

Yüksək vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATIDünən polis rəisinin müavini olmuş polkovnik-leytenant Mirtağı Bağırovun oğlu Mirhadi Bağırovun Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu iş otağında bıçaqlayaraq qətlə yetirməsinin bəzi detalları məlum olub.

"Qaynarinfo"ya daxil olan məlumata görə, bir il əvvəl DAİM-də mühasib kimi fəaliyyətə başlayan Mirhadi Bağırov mütəmadi olaraq işindən yayınırmış. Bir neçə dəfə Ziyad Əhmədovun ona xəbərdarlıq etməsinə baxmayaraq, Mirhadi Bağırov işə məsuliyyətli yanaşmayıb.

Bir müddətdir işə gəlməyən Mirhadi Bağırov dünən DAİM binasına daxil olan zaman Ziyad Əhmədov ona "sən niyə işə gəlmirsən?" iradını bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb.

Mübahisə Ziyad Əhmədovun kabinetində də davam edib. Daha sonra Mirhadi Bağırov bıçaqla Ziyad Əhmədovu kabinetində qətlə yetirib.

Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov açıqlamasında bildirib ki, Ziyad Əhmədov heç vaxt iş zamanı təhqiramiz ifadələr işlətməyib:

"İdarədaxili söz-söhbətlər bəzən olurdu. Amma sonra Ziyad Əhmədov özü adamın könlünü alırdı. O, sadəcə işi tələb edirdi. Mübahisələri əsasən işə gəlməmək üstündə olub. Başqa nəyə görə ola bilər ki? Buna görə adamı bıçaqlayıb öldürərlər? İşə gəlirsən, gəl. Gəlmirsənsə, çıx, get. Kim səni məcbur edib?"

Elsəvər Hüseynov bildirib ki, Ziyad Əhmədovu öldürən mühasib subay olub:

"Ziyad Əhmədovun ailəsi, uşağı var idi. Əgər Ziyad Əhmədov onu incidirdisə, gedib hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

17.08.2026 234
.

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində

10:19 105
.

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca

11:10 118
.

"Sumqayıt"ın kapitanı qapını yumruqladı, xəstəxanalıq oldu

"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb. xəbər verir ki, hadisə Misli Premyer Liqasının ilk turunda "Neftçi" ilə keçirilən oyun zamanı baş verib. Matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alan 24 yaşlı yarımmüdafiəçi meydanı tərk edərkən əsəbiləşərək stadionun qapısın

17.08.2026 216
.

Bu il 1420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb

17.08.2026 217
.

Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu

17.08.2026 201
.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

17.08.2026 367
.

Prezident İlham Əliyevə İrpindən xüsusi ehtiram - Siyasi və humanitar mesaj

"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşü və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya baxımından mühüm siyas

17.08.2026 329
.

Hande karyerasını dəyişir

Son dövrlərdə rəqəmsal platformalardakı layihələrdə rol alan türk aktrisa Hande Erçeldən gözlənilməz addım gəlib. OLAY yazır ki, kamera qarşısında olmağa öyrəşən aktrisa karyerasına yeni bacarıqlar əlavə etməyə hazırlaşır. Hande Erçel hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçü

11:38 81
.