"Yaxşı oğlanın anası..." - Şəmkirdə bu cümləyə görə qətl

"Yaxşı oğlanın anası..." - Şəmkirdə bu cümləyə görə qətlBu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, R. Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. Belə ki, R.-nin anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına "R.-lə dostluq etmək məsləhət deyil", "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz", "R.-ə salam verən mənə salam verməsin" kimi sözlər deyib. Bunu öyrənən R.Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb.

Məhkəmədə dindirilən R.Hüseynov özünü qismən təqsirli bildiyini deyib:

"Ofisiant işlədiyim restoranda Əhlimanla münasibətimiz yarandı. 2020-ci ilin yayında aramızda narazılıq olub. Onun qohumundan xoşum gəlirdi. Mən də həmin qıza instaqramdan tanışlıq məqsədilə mesajlar yazmışdım. Həmin qız bu barədə Əhlimana dediyinə görə aramızda narazılıq yaranmşdı".

Həmin vaxtdan sonra Ə.Tağıyevlə R.Hüseynov arasında münasibətlər korlanıb:

"Bir dəfə Əhliman dostumuz Nəzmini kənara çəkərək mənimlə dostluq etməyin məsləhət olmadığını deyib. Öyrəndim ki, mənim barəmdə "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz", "R.-ə salam verən mənə salam verməsin" kimi sözlər deyib. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə məni təhqir edib. Bu barədə onun özünə mesaj yazdım. Əhliman cavab olaraq mənə ana- bacı söyüşü söydü".

Bundan sonra Ə.Tağıyevin Məmməd adlı dostu R.Hüseynova zəng edərək aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib söhbətin bağlanmasını, münaqişənin mehribançılıqla bitməsini xahiş edib. Bu məqsədlə 5 yanvar 2021-ci il tarixdə görüş planlaşdırılıb. Lakin görüş vaxtı yenidən münaqişə yaranıb.

"Həmin gün Əhliman yenə zəng edib mənə ana-bacı söyüşü söydü. Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini dedi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən görüşdük. Əhlimanı qorxutmaq üçün üzərimdəki bıçağı çıxardım, ona bir bıçaq zərbəsi vurdum", - deyə təqsirləndirilən şəxs qeyd edib.

Qeyd edək ki, Ə.Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1388   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

17.08.2026 234
.

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində

10:19 105
.

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca

11:10 118
.

"Sumqayıt"ın kapitanı qapını yumruqladı, xəstəxanalıq oldu

"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb. xəbər verir ki, hadisə Misli Premyer Liqasının ilk turunda "Neftçi" ilə keçirilən oyun zamanı baş verib. Matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alan 24 yaşlı yarımmüdafiəçi meydanı tərk edərkən əsəbiləşərək stadionun qapısın

17.08.2026 216
.

Bu il 1420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb

17.08.2026 217
.

Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu

17.08.2026 201
.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

17.08.2026 367
.

Prezident İlham Əliyevə İrpindən xüsusi ehtiram - Siyasi və humanitar mesaj

"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşü və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya baxımından mühüm siyas

17.08.2026 329
.

Hande karyerasını dəyişir

Son dövrlərdə rəqəmsal platformalardakı layihələrdə rol alan türk aktrisa Hande Erçeldən gözlənilməz addım gəlib. OLAY yazır ki, kamera qarşısında olmağa öyrəşən aktrisa karyerasına yeni bacarıqlar əlavə etməyə hazırlaşır. Hande Erçel hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçü

11:38 81
.