Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi

Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsiBu gün dünyasını dəyişən Xalq artisti Ağakişi Kazımov haqda maraqlı məlumatları təqdim edirik.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə Ağcabədidə anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alır.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edir.

Ali təhsilini başa vurandan sonra o, təyinatla Quba Dövlət Dram Teatrına baş rejissor göndərilir. Bir neçə il orada işləyəndən sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayır.

Daha sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrında əvvəl baş rejissor, sonra direktor kimi çalışır. "Müsibəti Fəxrəddin", "Toy", "Arşın mal alan", "Xoşbəxtliyə gedən yol", "Büllur sarayda", "Od gəlini", "Vaqif", "İkinci səs" və başqa tamaşalara quruluş verir.

Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Ömrünün Akademik Milli Dram Teatrına həsr edən aktyor 2010-cu ildə teatrdan ayrılır. Müsahibələrinin birində rejissor bu barədə deyir:

"Almaniyaya getmişdim. Həkim mənə dedi ki, sənə nə olub, özünü psixoterapevtə göstər, tir-tir titrəyirsən. Dedimi, şoka düşmüşəm, çünki sevimli teatrımdan ayrılmışam, şok içindəyəm. Dedi, get, ayrı teatrda işlə. Dedim, yox, axı 52-ci ildən mən gözümü açıb bu teatrda işləmişəm."

Teatrdan uzaq qalan aktyor həmkarı Cənnət Səlimova ilə Gənc Tamaşaçılar Teatrında birgə işləməyə can atsa da, Cənnət xanım ona müsbət münasibət bildirməyib. Aktyor müsahibələrinin birində xatırlayır:

"Cənnət Səlimovanı mən öz çiynimdə dördüncü kursdan beşinci kursa keçirmişəm. Hələ tələbə ikən o, rəqs qurmalı idi və gəldi ki, "Ağakişi, mən rəqs qurmalıyam rəqsim boş qalıb". Dedim, dəli olmusan? Sən Telli, mən Vəli, bu saat onu qurarıq. Qurduq, oynadıq, indiyə qədər o institutda müəllimlər o nömrəni xatırlayır. İndi də biz onunla bir kafedrada işləyirik, mehribanıq, amma görürəm ki, Cənnətdə qısqanclıq var. Deyirəm, Cənnət, mən də gəlim bir-iki tamaşa verim, deyir, məndə yeddi rejissor var, yer yoxdur. Bax bu da var və adamı yandırır. Bəs mənim vaxtımda sənin özünü elə beş dəfə çağırmışdım ki, ay Cənnət... Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğum 20 il ərzində kimlər istəyirdi gəlib orada tamaşa qoyurdu, çünki mən onlardan qorxmurdum. Bilirdim ki, nə qədər tamaşa qoysalar, gəlib mənim səviyyəmə çatmayacaq. O sözdən sonra yalvarsa da, ora getmərəm".

Ağakişi Kazımovun 120-yə yaxın tamaşası olsa da, o, özü bunlardan yalnız onunu yaxşı hesab edib, o biri tamaşalarına isə xaltura kimi yanaşıb.

Rejissor Ağakişi Kazımov iki dəfə ailə qurub. Birinci xanımından ayrılandan sonra o, tələbəsi, Gənc Tamaşaçılar teatrının aktrisası Mehriban Abdullayeva ilə tanış olur. "Solğun çiçəklər" televiziya tamaşasının çəkilişləri vaxtı onların işgüzar münasibəti sevgiyə çevrilir və Ağakişi Kazımov özündən 30 yaş kiçik olan aktrisa ilə münasibətlərini rəsmiləşdirir. Aktrisa müsahibəsinin birində xatırlayır:

"Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt - o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik."

Ağakişi Kazımovun bioqrafiyası ilə bağlı daha bir maraqlı məqam təkrarolunmaz aktyor, Xalq artisti Yusif Vəliyevlə bağlıdır. Belə ki, Yusif Vəliyevin həyat yoldaşı Zemfira xanımın sözlərinə görə, aktyorun ölümünü tezləşdirən rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir:

"Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov olub. O, həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. On il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər".

Ağakişi Kazımov ötən il noyabrın 28-də öz ad günündə insult keçirir. Xəstəxana şəraitində müalicə alsa da, səhhətindəki problemlər səngimək bilmir.

Uzun sürən xəstəlikdən sonra Xalq artisti bu gün - 8 oktyabr 2021-ci ildə dünyasını dəyişir./ Kulis.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7050   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.