150 min dolları alıb qeybə çəkildi - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

150 min dolları alıb qeybə çəkildi - UNUDULAN MƏTBUAT KATİBLƏRİVaxtı ilə vəzifədə idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu dəfə ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq mətbuat katibi Elnur Nağızadədən bəhs edəcəyik.

O, yaddaşlarda mətbuat katibi olmaqla yanaşı, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirərək ölkədən qaçan biri kimi qaldı.

Elnur Nağızadə 5 ildən artıq çalışdı bu vəzifədə. Nağızadə 2005-ci ildən etibarən TQDK-da çalışıb. 2011-ci ildə təyin olunduğu mətbuat katibliyindən 2016-cı ildə öz ərizəsi ilə azad olunur.

İllər öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı şikayətlər yayıldı mətbuata. Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildirmişdilər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulamışdılar. Daha sonra Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıldı.

Bundan sonra E. Nağızadə çarəni ölkədən qaçmaqda görür. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılır. O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilir.

150 min dolları alıb qeybə çəkildi - UNUDULAN MƏTBUAT KATİBLƏRİDaha sonra keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qiyabi həbs qərarı verilir. Həbs qətimkan tədbirinin seçilməməsinə səbəb isə elə Nağızadənin Azərbaycanda olmaması göstərilir. Beləliklə, E.Nağızadə barəsində dörd aylıq qiyabi həbs qərarı qəbul olunur.

Qeyd edək ki, Elnur Nağızadə haqda bu hadisədən əvvəl də oxşar iddialar səsləndirilib. 2012-ci il 30 noyabrda "Azərbaycanda 160 min manatlıq fırıldaq" başlıqlı yazı dərc olunub, həmin yazıda zərərçəkənlər Elnur Nağızadəni ittiham ediblər. Həmin vaxt vətəndaşlardan övladlarını TQDK imtahanından kənar olaraq ali məktəblərə tələbə kimi düzəldəcəyinə söz verən Sabrina Alxasovaya qarşı cinayət işi açılmışdı. İddialara görə, Sabrina Alxasova bu işi Elnurla birlikdə həyata keçirirmiş. Eyni qaydada aldadılan 16 nəfərin şikayəti əsasında 2013-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Alxasova Cinayət Məcəlləsinin 178.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Elnur Nağızadə bu məsələdən "əli təmiz" sovuşsa da, sən demə onu qarşıda nələr-nələr gözləyirmiş...

Hə, bütün bunlara baxmayaraq, Elnur Nağızadə mətbuat işçilərinin yaddaşında həlim siması, vaxtında və dəqiq verdiyi açıqlamaları ilə qaldı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2247   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.