"Yod setkası" nəyi müalicə edir? - Sınanmış üsulun əks-təsirləri
Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur.
Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.
Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər.
Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.
Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.
Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir.
Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!
Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:
- osteoxondroz (boyun və bel ağrıları zamanı)
- lyumbaqo (bel ağrıları)
- işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)
- nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)
- soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit
- mialgiyalar (əzələ ağrıları)
- hematomalar
- bağların dartılması
- oynaqlarda ağrılar
- əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.
Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi).
Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə.
Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin.
Diqqət!
- Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər.
- Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz. /saglamol.az/
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4997 Tarix: 08 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu il Azərbaycanda 10 minə yaxın ailə dağılıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin
17.08.2026 224 Əhalinin sayı açıqlandı
Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki
17.08.2026 256 Hande karyerasını dəyişir
Son dövrlərdə rəqəmsal platformalardakı layihələrdə rol alan türk aktrisa Hande Erçeldən gözlənilməz addım gəlib. OLAY yazır ki, kamera qarşısında olmağa öyrəşən aktrisa karyerasına yeni bacarıqlar əlavə etməyə hazırlaşır. Hande Erçel hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçü
11:38 109 Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var
Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri
17.08.2026 313 Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı
Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu
17.08.2026 203 Tramp İranı ağ bayraq qaldırmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp İranı təslim olmağa çağırıb. xəbər verir ki, o, bu barədə "Fox News" açıqlamasında deyib. O, İranın yaxşı poker oynadığını, güc nümayiş etdirdiyini, lakin pərdəarxasında güclü təzyiqə məruz qaldığını bildirib. Tramp rəsmi Tehranın ağ bayraq qaldırmalı olduğunu vurğulayı
17.08.2026 228 ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar
Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind
17.08.2026 298 Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab
"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs
12:28 63 Poçt qutusundan 26 il əvvəl göndərilən açıqca çıxdı - inanılmaz təsadüf
ABŞ-da bir kişi poçt qutusunu açarkən valideynlərinin 26 il əvvəl Kopenhagendən göndərdiyi açıqca ilə qarşılaşıb. xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. Hadisə Palm Biç sakini Bob Şeppardın başına gəlib. Açıqcaya 200-ci ilin iyul ayında poçt möhürü vurulub, üzərində isə Los-Ancele
11:49 102