Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandırAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu istehkamlarınıdarmadağın edərək, böyük zəfərə imza atdı.
Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınma¬sı gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb.
Şübhəsiz ki, döyüşlər zamanı qazandığımız ən böyük nailiyyətlərdən biri 3 oktyabr 2020-ci il tarixdə qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad olunması idi. Suqovuşanın azad edilməsinin böyük strateji əhəmiyyəti var idi. Ona görə ki, bu ərazinin düşməndən qısa müddətdə azad edilməsi müharibənin gedişatına təsir göstərən, hərbçilərimizin qələbə əzmini daha da yüksəldən, ətraf ərazilərə nəzarəti ələ keçiməyimizə səbəb olan əməliyyat idi. Digər mühüm bir əhəmiyyəti qəsəbədə Suqovuşan su anbarı və Suqovuşan-1 Su elektrik stansiyasının yerləşməsidir. Suqovuşanın düşməndən azad edilməsi nəticəsində Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Artıq bu ərazilərin azad olunmasından bir il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Bu əlamətdar hadisədən sonra ölkə başçımız çıxış edərək bildirmişdir: "Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi."
2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan ərazilərimizdən biri olan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
İşğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Çıxışında bu mövzuya da toxunan cənab Prezident söyləmişdir: "İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər".
Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.

Aysel Mənsimova – YAP üzvü

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 181
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.