Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEO

Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEORedaksiyamıza təmir tikinti şirkətinin dələduzluğu ilə bağlı şikayət daxil olub.

Belə ki, şikayətçi Arif Nəzərov evini təmir etdirmək üçün tikinti şirkəti ilə razılaşıb, amma fırıldaqçılıqla qarşı-qarşıya qalıb. Eyni zamanda, tək o yox, 20 nəfərə yaxın insan bu şirkətin tələsinə düşüb.

Sonxeber.az olaraq, "FƏRDA DESIGN" MMC ("ELSE GROUP") və "AZ İNTEKST" MMC şirkətləri ilə bağlı şikayəti təfərrüatları ilə təqdim edirik:

"Mənimlə bərabər bir neçə nəfər "İnstagram" sosial şəbəkəsində "FƏRDA DESIGN" MMC-nin, yaxud onun digər adı ilə desək "ELSE GROUP"-un səhifəsindən təmirlə bağlı maraqlandıq. Orada Sənan Quliyev adlı şəxslə danışdıq və o bizimlə görüş təyin etdi. Mənim qohumum da o şirkət vasitəsilə təmir etdirirdi, onun evində artıq iş başlamışdı. Görüşə onunla birlikdə getdim. Bizə dedilər ki, kampaniya keçirilir, normalda təmirin kvadratı guya 600 manatdır, endirimlə 360 manata düşüb. Razılaşdıq. Evin sahəsi təxminən 125 kvadrat metrdir və ümumi qiymət 45 min manata yaxın oldu. Müqaviləni 1 həftə sonra, yəni fevral ayının 26-da bağladıq. Müqavilənin şərtlərindən biri o idi ki, pulun dəyərinin 50 faizi ödənilməlidir. İlkin mərhələdə materiallar gətirildi, bəzi ustalar işlədi. Mart ayı gəldi, prosesi müxtəlif bəhanələrlə dayandırdılar: bayramdır, hansısa hadisələr baş verib, yaxınımız rəhmətə gedib və s. Biz də anlayışla qarşıladıq.

Aprel ayında yenidən başladılar, bir az işlədilər. Bununla bağlı bizə dedilər ki, materialın qiyməti bahalaşıb və biz əlavə müəyyən qədər vəsait ödəməliyik. Biz də ödəniş etdik. Bir az "işləyirik" görüntüsü yaratdılar, sonra yenidən dayandılar. Adi hörgü işlərini mən bunlara 1 aya gördürtdüm, halbuki yarım saatlıq işdir. İşi müəyyən bir mərhələyə çatdırdılar, polu, dikti, alçipanı vurdular, isti polun birinci hissəsini düzəltdilər, sonra prosesi tamamilə dayandırdılar.

Digər zərərçəkmişlərlə də danışmışam. Hamısında, həmçinin qohumum olan şəxsdə də, demək olar ki, eyni situasiyadır, təmiri eyni mərhələyə qədər gətiriblər, sonra dayandırıblar. Hətta mən "cam balkon" düzəltdirmək istəyirdim, onun da pulunu verdim, şüşəbəndi gətirdilər, amma iki dənə "cam balkon"u gətirmədilər. Bəhanə də o idi ki, guya qırılır.

Müqaviləyə görə, təmir 5 aya, yəni 26 iyulda bitməli idi. Digərlərində də eyni qaydada, 4-5 aya təhvil verməli idilər. Ondan sonra bunlar aradan çıxdılar. Zəng edirik, "gələcəyik, başımıza iş gəlib, pulunuzu verəciyik", yaxud "təmiri davam etdirəciyik" kimi cavablar verirlər. Amma ortada yoxdurlar.

Biz təxmini bunların şəbəkəsini tapdıq. Hələ "AZ İNTEKST" MMC şirkətinin adından da istifadə edərək fırıldaqlıq ediblər. 20 nəfərə yaxın zərərçəkmiş insan var. Bəlkə də, daha çoxdur, biz bu qədərini tapmışıq. Bununla bağlı Azərbaycan Respublika Prokurorluğuna şikayət etdik. Hazırda sənədimiz Binəqədi Rayon Prokurorluğundadır. Bundan başqa, Dövlət Vergi Xidmətinə də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də məktub yazmışıq.

Xüsusi qeyd etmək istəyirəm ki, orada çalışan fəhlələrin də pulu verilmir. Onlara da köməklik etdim, Dövlət Əmək Müfəttişliyinə müraciət etdilər. Biz təxmini öyrənmişik ki, onların tikintiylə bağlı təxminən 400-500 min manata yaxın borcları var. Hətta aramızda bir qadın var ki, yoldaşı yoxdur, uşağı ilə tək yaşayır. Onunla 12 min manata danışıblar, xanım 9 min 700 manatı ödəyib. Amma demək olar ki, evdə heç bir iş görülməyib.

Mən 2018-ci ildə zərərçəkmiş bir oğlanı tapdım, ona da 2500 manat borcları qalıb. Demək ki, onlar 2018-ci ildən bu fırıldaqçılıqla məşğuldurlar. Aramızda polisə şikayət edənlər də olub, amma biz əsas Prokurorluğu gözləyirik.

"AZ İNTEKST" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqə saxladıq. Dedilər ki, Cabbarov Ruhəddin adlı şəxs şirkətdə işləyib, sonra isə qovulub. O, şirkətin möhürünü özü üçün saxtalaşdırıb və bu möhürdən fırıldaqlarında istifadə edir.

"FƏRDA DESIGN" MMC isə Fərda Xudaverdiyevin adından istifadə edir. Vergi xidmətinin əməkdaşları onunla əlaqə saxladıqda F. Xudaverdiyev onun adından istifadə etdiklərini və özünün də həmin adamları axtardığını deyib. Deməli, ilk başlayan vaxtlar bərabər iş qurmaq istəyiblər, Fərda bəyin adından şirkəti açıblar, amma onu da aldadıblar, az pul veriblər. Fərda bəy də bundan sonra onlardan uzaqlaşıb. Lakin şirkəti ləğv etməyiblər, adını da o cür saxlayıblar. Hazırda o da həmin şəxslərin axtarışındadır. Dünən vergi xidmətinin əməkdaşları ilə danışdım. Mənə bildirildi ki, fırıldaqçıların "Turan" Biznes Mərkəzində yerləri var idi, lakin dünən baxış keçirilib və onlar orada da olmayıb, qaçıblar.

Hazırda məktubumuz Binəqdi Rayon Prokurorluğundan Binəqdi Rayon Polis İdarəsinə göndərilib.

Bir sözlə, artıq aidiyyəti orqanlara şikayətlərimizi etmişik və kütləvi informasiya vasitələrində bunların əməllərini tədricən işıqlandırmaq istəyirik. Bu dələduzları tanıtmaq lazımdır ki, digər vətəndaşlar ziyan çəkməsin".

Baş Prokurorluğa yazılan məktuba imza atan zərərçəkənlər:

1. Arif Nəzərov
2. Azad Məmmədov
3. Çağatay Aycan
4. Vüqar Müstafayev
5. Fizuli Cavadov
6. İsgəndər Acalov

Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEO

Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2890   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tale Heydərov anası ilə şəklini paylaşdı

Avqustun 13-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz xanımın ad günü olub. "Qafqazinfo" xəbər verir ki, nazirin oğlu Tale Heydərov sosial şəbəkə hesabında 64 yaşı tamam olan anası ilə fotosunu paylaşıb. Qeyd edək ki, "Qəbələ" idman klubunun keçmiş prezident

14:14 167
.

İran XİN rəhbəri: 60 günlük müddət qüvvədən düşüb

İranın Xarici İşlər üzrə sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə razılığa gəlmək üçün verilən 60 günlük müddət Vaşinqtonun "pozuntuları" səbəbindən qüvvədən düşüb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimo

11:47 150
.

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca

11:10 206
.

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)

Bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar. Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirili

14:26 100
.

Yaponiya-Rusiya arasında ərazi mübahisəsi yenidən alovlandı

Yaponiya ilə Rusiya arasında uzun illərdir davam edən Kuril adaları mübahisəsi yenidən diqqət mərkəzinə gəlib. The Guardian yazır ki, Vladimir Putinin bölgəyə səfəri 150 ilə yaxın tarixə malik ərazi mübahisəsini yenidən gündəmə gətirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, mübahisə əsasə

14:32 115
.

Trampın qərarı ABŞ-ın müttəfiqlərini qorxudur, Çin və Şimali Koreyanı cəsarətləndirir

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə qərarı Asiyada və digər regionlarda ABŞ-ın maraqlarına zərər vura bilər. xəbər verir ki, bu barədə Corc Buş administrasiyasında Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsində çalışmış Denni Rasse

11:18 137
.

Problemli kreditlər 36 faizdən çox artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artsa da, borcların vaxtında qaytarılması ilə bağlı problem də böyüməkdədir. Son statistik məlumatlar ölkədə problemli kreditlərin həcminin son bir ildə 36 faizdən çox artdığını göstərir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, vaxtı keçmiş kreditləri

12:35 143
.

Amputasiya edilmiş ayaqları bərpa etdilər - Çində unikal əməliyyat

Çində cərrahlar unikal əməliyyat həyata keçirərək xəstənin amputasiya edilmiş ayaqlarını yerinə bərpa ediblər. "Qafqazinfo" "China Press" nəşrinə istinadən xəbər verir ki, bu, dünyada bud nahiyəsindən aşağı ətrafların ilk uğurlu replantasiya əməliyyatıdır. Məlumata görə, 51 yaşl

12:35 164
.

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb

12:09 184
.