Kitab sevənlərin NƏZƏRİNƏ: Bakıda sərgi keçirilir - MƏKANLAR
6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" keçiriləcək.
BiG.AZ xəbər verir ki, sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
"Baku International Book Fair 2021" kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin, sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.
"Baku International Book Fair 2021" kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.
Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – "bp" şirkəti, baş TV tərəfdaşı - Azərbaycan İctimai Televiziyası, təşkilati dəstəyi isə "Caspian Event Organisers" ("CEO") şirkəti həyata keçirir.
6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Sərgi-yarmarka iştirakçılarına sərginin təşkilatçısı tərəfindən təmin ediləcək.
Ziyarətçilər üçün sərgiyə "Koroğlu" metro stansiyasından hər yarım saatdan bir, "Elmlər Akademiyası" stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər.
"Baku International Book Fair 2021" sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, [email protected].
***
Xatırladaq ki, oktyabrın 1-dən Bakı İdman Sarayında da Milli Kitab Satış Sərgisi başlayıb.
Sərginin fəxri qonağı yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynovdur (Əlisa Nicat).
Qeyd edək ki, tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar keçiriləcək.
Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı müzakirə panelləri təşkil olunacaq. Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.
Milli Kitab Satış Sərgisinin gələcəkdə digər bölgələrdə keçirilməsi də nəzərdə tutulur.
Oktyabrın 10-na qədər davam edəcək sərgiyə giriş sərbəstdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 992 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEldar Əzizov Dubay haqqında
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakı şəhərinə müxtəlif ölkələrdən qonaqlar gəlmişdir. Suriyanın Dəməşq əyaləti, Qazaxıstan Respublikasının Astana şəhəri, Ruandanın Kiqali şəhəri, Vyana Əyalət Parlamenti, Estoniyanın paytaxtı Tallinn şəhəri, Niderlandı
12:48 123 Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir
"Bakı-Tblisi sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət haldır, təqdirəlayiq hadisədir. Hesab edirəm, vətəndaşlarımızın, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişinə xeyli kömək olacaq. Əlbəttə, qatarın açılması öz-özlüyündə yaxşıdır, amma gərək tarif cədvəlləri də əhalini
21.05.2026 258 İranda güclü zəlzələ oldu
Mayın 21-də İranın Hormozqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb
21.05.2026 260 Sevgi xoşbəxtliyi azaldırmı? - Oskar Uayldın məşhur fikri yenidən gündəmdə
İrlandiyalı dramaturq və yazıçı Oskar Uayldın "Dorian Qreyin portreti" romanından gətirilən bir sitat bu günə qədər münasibətlər və sevgi barədə müzakirələr doğurur. Oskar Uayld kəskin zəkası və cəmiyyətə dair dərin müşahidələri ilə tanınırdı. Onun "Dorian Qreyin portreti" əsəri sevgi
21.05.2026 265 Yellouston parkına canavarlar gətirildi: 20 il ərzində çayları tam dəyişdilər
1995-ci ildə ABŞ-ın Yellouston Milli Parkına boz canavarlar gətirilib. Bu, 1920-ci illərdə demək olar ki, tam yoxa çıxmış növün təxminən 70 ildən sonra yenidən ekosistemə qaytarılması idi. Qaynarinfo xəbər verir ki, bioloq Skott Treversin "Forbes" üçün yazdığı məqaləyə görə, bu addım parkı
21.05.2026 304 İran Körfəz ölkələri və İsrailə qarşı qəfil hücuma keçə bilər
İranın Körfəz ölkələrinə və İsrailə potensial gözlənilməz hücumu ilə bağlı xəbərdarlıqlar ABŞ prezidenti Donald Tramp və Baş nazir Benyamin Netanyahunun Tehranla necə davranmaq barədə fikir ayrılığına düşdüyü vaxta təsadüf edir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki,İsrail kəşfiyyatını
12:50 110 "Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində "Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər" mövzusunda tədbi
10:39 154 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qər
13:01 112 Yüksək performanslı insanlarda dərin tükənmişliyi necə tanımaq olar? - 3 əlamət
Hətta nüfuzlu, təcrübəli və istedadlı mütəxəssislər belə yüksək məhsuldarlığı və özlərinə inamı qorumaqda çətinlik çəkdiklərini etiraf edirlər. Onlar adətən yüksək nailiyyətlərə və vəziyyət üzərində tam nəzarətə öyrəşiblər. Bir çoxu uğursuzluqları özünə qarşı sərt tənqid prizmasından qiymətləndirir
21.05.2026 247