"Silahı Pərvanəyə tuşladım, dedi ki, "ata bilməzsən!""

"Silahı Pərvanəyə tuşladım, dedi ki, "ata bilməzsən!""Arvadını güllələyərək öldürən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə bir sıra yeni məqamlar məlum olub.

"Qafqazinfo"nun məlumatına görə, 10 il həbs cəzası alan F.Əhmədov özünü qəsdən adam öldürməkdə yox, ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilib.

O, istintaqa ifadəsində bildirib ki, eyni kollektivdə işlədiyi Pərvanə Əhmədova ilə 2006-cı ildə öz istəyi ilə ailə qurub: "Spirtli içki içməyimlə əlaqədar yoldaşımın arabir narazılığı olub. Hadisə günü 100-150 qram araq içmişdim, axşamüstü saat 7-də qonşum Əliəşrəflə onların bağında yeyib-içdik. Oraya gedərkən apardığım 0,7 litrlik arağı birlikdə içdik, daha sonra evə qayıtdım. Təxminən 23:30 radələrində Pərvanə ikinci mərtəbədən aşağı düşüb divanda əyləşdi. Söhbət edərkən spirtli içki qəbul etdiyimə görə narazılığını bildirdi. "Özüm bilərəm nə vaxt tərgidəcəyəm" deyə cavab verdim. Bundan sonra zarafat məqsədilə onun qulağını astaca dartdım. Sonra yuxarıda yataq otağından tüfəngi götürüb arvadımla zarafatlaşmaq qərarına gəldim. 2013-cü ildən məndə olan "Baykal MP-27" markalı ov tüfəngini saxlamaqda məqsədim bağa köçdükdən sonra oğurluq hadisəsi olarsa, ailəmi müdafiə etmək idi. Həmin silahdan sonuncu dəfə Novruz bayramından sonra atəş açmışam. Bağda silah dolu qalsa da, həmişə qoruyucuda olub. Silahın qoruyucuda olmasından əmin olduğumdan qoruyucunu yoxlamamışdım.

Pərvanənin yanına gəlib ona "qulağını dartım, yoxsa atım?" soruşdum. O isə "ata bilməzsən!" deyə cavab verdi. Silahı ona tərəf tuşladım, bu zaman həyat yoldaşım əlini silahın lüləsinə tərəf apardı, lüləsindən tutub əli ilə itələdi. Mənim əlim tətikdə olduğundan özümdən asılı olmadan silahdan atəş açdım. Silahın atəşindən şoka düşdüm. Yoldaşımın huşsuz vəziyyətə düşdüyünü, sinəsindən qan gəldiyini görüb onun öldüyünü anladım.

Tüfəngi götürüb özümü öldürmək üçün həyətə çıxdım, həyətdə olarkən uşaqların ağlamasını eşidib özümü öldürə bilmədim və eyvandan havaya atəş açdım. Sonra DİN-nin 102 Qaynar xəttinə zəng edib hadisə barədə məlumat verdim".

Məhkəmədə verilən suallara cavab olaraq F. Əhmədov bildirib ki, o, ittiham aktında yazılmış, onun tüfəngi doldurub döyüş vəziyyətinə gətirdiyi mülahizəsi ilə razı deyil: "Tüfəng martın 20-dən içi patronla dolu olub. Mənim həyat yoldaşımı öldürmək üçün bir səbəbim olmayıb. Bu hadisə zarafat edərkən ehtiyatsızlıqdan baş verib. Hadisə vaxtı sərxoş olsam da, özümü idarə edə bilirdim".

F.Əhmədovun böyük oğlu istintaqa verdiyi ifadəsində deyib ki, atası 3-4 il əvvəl araq içməyə başlayıbmış və bu, onda artıq adət halı alıb: "Atam hər gün işdən evə gələndən sonra birlikdə şam edərkən təxminən 4-5 rumka araq içirdi. Şənbə, bazar və bayram günləri isə lap çox içirdi. Mən və anam atama arağı tərgitməsini deyirdik. Hadisə günü atam yemək yeyəndə araq içmişdi, qonaq otağında divanda uzanıb televizora baxırdı. Həmin vaxt anam ikinci mərtəbədə qardaşımın dərsləri ilə məşğul olurdu. Daha sonra mən yatmaq üçün öz otağıma qalxdım. Bir müddət sonra atəş səsi eşitdim. Atam hər Yeni il və Novruz bayramlarında tüfəngdən havaya atəş açırdı. Birinci mərtəbəyə enəndə divanın sol küncündə anamın hərəkətsiz qaldığını gördüm. Atam anamla üzbəüz ayaqüstə durmuşdu. Onların zarafat etdiyini düşündüm. Atam "xahiş edirəm bağışla, istəməzdim belə alınsın, təsadüfən baş verdi" dedi. Atam tapşırdı ki, qardaşımla bacımı geyindirib nənəmgil gələndə onlarla gedim".

İstintaq müəyyən edib ki, hadisə zamanı istifadə olunan tüfəng DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş şəhadətnamə əsasında əldə edilib. 2012-ci ildə Rusiyada istehsal edilmiş tüfəng 12 kalibrli "MP-27EM" markalı qoşalüləli silahdır. Atəş zərərçəkmişin ürəyinin yerləşdiyi sol sinə nahiyəsinə dirəməklə tətiyə ən azı 3,2 kiloqram qüvvə ilə təsir etməklə açılıb. Hadisə zamanı F.Əhmədovda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilib.

Xatırladaq ki, F.Əhmədov 2015-ci ildən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi işləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2437   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Ət alarkən istehlakçıların qarşısında əsas seçimlərdən biri təzə və dondurulmuş məhsul arasında olur. Bəzən dondurulmuş ətin təzə ətə nisbətən daha keyfiyyətsiz və ya təhlükəli olduğu düşünülür. Halbuki ətin dondurulması düzgün temperaturda və qaydalara uyğun həyata keçirildikdə onun təhlükəsizliyin

13:02 166
.

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra

14:11 131
.

Sabah hava necə olacaq?

Avqustun 19-da 37 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-33 isti olacaq. Atmosfer təzyiqi 756 m

13:24 127
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. BİG.AZ OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17.08.2026 599
.

Məktəbdə qeyri-adi hadisə: 2,4 metrlik piton yanğın törətdi

ABŞ-da piton saxlanıldığı hövzədən qaçaraq məktəbdə istilik lampasını aşırıb və yanğına səbəb olub. xəbər verir ki, bu barədə UPI agentliyi məlumat yayıb. Hadisə Virciniya ştatında baş verib. Yanğınsöndürmə xidmətinin rəsmilərinin sözlərinə görə, cümə axşamı saat 00:31-də Forest Orta Məktəbində yanğı

11:34 157
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17.08.2026 328
.

Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab

"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs

12:28 195
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

13:35 130
.

İki bacı 30 min dollara ada alıb, 40 il yaşadılar

Britaniyalı iki bacı 1965-ci ildə kiçik adanı alaraq orada məskunlaşıblar. Onların ölümündən sonra isə ada həmişəlik qorunan təbiət ərazisinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, Rozelin "Babs" Atkins və Evelin "Etti" Atkins Kornuoll sahillərində yerləşən Lu adasın

17.08.2026 291
.