Əri tərəfindən polis şöbəsində öldürülən qadının səs yazısı yayıldı - AUDİO

Əri tərəfindən polis şöbəsində öldürülən qadının səs yazısı yayıldı - AUDİOSentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın səs yazısı üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi səs yazısında dayısı qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etdiyini deyir:

"Sona, salam. Axşamın xeyir. Neçə vaxtdır, elə onunla tanış olduğum gündən bu vəziyyətdəyəm. Son vaxtlar da münasibətimiz, danışıqlarımız, davranışlarımız lap pisdir. Yəni, onun davranışı. Bu gün artıq son idi. İşdən yarımçıq gəldi evə, döydü, söydü, çırpdı, vurdu, nə bilim telefonu əlimdən aldı. Başımı çırpdı divara, "şifonerə", yerə, nə bilim, şillə, təpik yumruq… Dedim İsmayıl, uşaqları da götürüb çıxıb gedəcəyəm. Telefonu əlimdən aldı, nömrəni qırdı ki, heç kimə zəng edə bilməyim. Qapını da çöldən bağlayıb işə getdi. Ürəyim partlayırdı. Bilmədim kimə necə xəbər verim, burdan uşaqlarla necə çıxım. Təzə evə köçmüşdük "Neftçilər"ə. Birdən o gedəndən sonra yadıma düşdü ki, bir açar qoymuşdum "sumka"ma. Qapını açdım, uşaqları geyindirib tez çıxdım.

Taksi axtardım ki, Biləcəriyə gedim. Məni görüb aparmaq istəmədi, qorxdu. Dedim nə qədər istəsən, verəcəyəm, bircə məni apar. Razılaşdı".

X.Məmmədova səsin davamında problemin qaynaqlandığı səbəbi də qeyd edib:

"Söhbət də onun üstündə oldu ki, Vaqifin məktəbi başladı. Uşağın məktəbi başlayandan bizim problemlərimiz var. Müəllimə "WhatsApp" qrup açıb. Allah kömək olmuş mənə "Iphone" telefon alıb, içində "YouTube"dan başqa heç nə yoxdur. Özünün ayrı bir nömrəsinə "WhatsApp" yükləyib. Mən də müəllimə demişəm ki, sal bu nömrəni qrupa mənim də məktəbdən xəbərim olsun. Müəllimə də demişəm ki, guya öz nömrəmdir".

Səs yazısının X.Məmmədovaya aid olmasını Oxu.Az-a onun qardaşı Aqil Əliyev təsdiq edib.

Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7420   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun onun istədiyi hər şeyi yerinə yetirəcəyini bildirib. -ın xəbərinə görə, Tramp deyib ki, Netanyahu onun istədiyi hər şeyi edəcək. "Hazırda İsraildə 99%-lik dəstəyim var. Mən Baş nazir vəzifəsinə namizəd ola bilərdim. Beləliklə

21.05.2026 242
.

"Hədiyyə qazandınız" tələsi: Kiberdələduzlar vətəndaşların kartlarını necə boşaldır? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son dövrlərdə kiberdələduzluq halları sürətlə artmağa davam edir. Xüsusilə məşhur şirkətlərin və brendlərin adından yaradılan saxta saytlar, SMS-lər və sosial şəbəkə linkləri vasitəsilə vətəndaşlar tələyə salınır. "Hədiyyə qazandınız", "telefon udmusunuz", "bonus əldə etmisiniz"

11:00 164
.

Bu gün WUF13-ün bağlanışı olacaq

Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Tədbi

11:12 151
.

Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir

"Bakı-Tblisi sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət haldır, təqdirəlayiq hadisədir. Hesab edirəm, vətəndaşlarımızın, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişinə xeyli kömək olacaq. Əlbəttə, qatarın açılması öz-özlüyündə yaxşıdır, amma gərək tarif cədvəlləri də əhalini

21.05.2026 258
.

Suda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar

ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə

21.05.2026 382
.

ABŞ Ukraynaya 108,1 milyon dollarlıq raket sistemi avadanlığının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti cümə axşamı günü bildirib ki, Ukraynaya "Hawk" Raket Sisteminin saxlanması üçün təxminən 108,1 milyon dollar dəyərində avadanlıq satışının potensialını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu ABŞ-ın Ukrayna ilə etdiyi ən böyük satışlardan biridir

11:36 139
.

İranda güclü zəlzələ oldu

Mayın 21-də İranın Hormozqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb

21.05.2026 260
.

Rusiyadan Ermənistana növbəti ittiham

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistan rəhbərliyi son dövrlərdə Rusiyaya qarşı bir sıra qeyri-dost addımlar atıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. "Ölkə rəhbərliyinin son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini

11:22 148
.

Polşa ABŞ əsgərləri üçün şəhərcik tikməyə hazırdır

Varşava ABŞ hərbçilərinin Polşada daimi yerləşdirilməsi üçün xüsusi şəhərcik tikməyə hazır olduğunu açıqlayıb. xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski Pentaqon rəsmiləri ilə görüşdən sonra danışıb. "Biz Pentaqon

11:39 139
.

TOP MP3