Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTO

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOBu gün əfsanəvi döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür.

Onun haqqında maraqlı faktları təqdim edirik:

Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Əliyar tələbə olanda bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qıza vurulur. Pəri isə qəribədir ki, Əliyarı tanımazdan əvvəl onu yuxuda görür. İlk dəfə Əliyarla qarşılaşan gənc qız üşənir. Ürəyində deyir, deyəsən bu oğlan mənim qismətdimdir.

Günlərin bir günündə isə elə düşündüyü kimi də olur. İşdən çıxan Pəri Əliyarı öz iş yerinin qarşısında dayanan görür.
Qonşu kimi salamlaşıb yanından ötmək istəyəndə Əliyar onun yanınca getməyə başlayır. Bir neçə gündən sonra o, Pəriyə elçi yollayır.

1979-cu il sentyabrın 15-də onlar ailə qurur. Gənc ailə Qubadlıda yaşamağa başlayır. Onların Emin, Yusif adlı iki oğlu və Pərvanə adlı bir qızı dünyaya gəlir.

Əliyar idmanla yanaşı musiqini də çox sevir. Qarmonda ifa etməyi bacarır. Tez-tez ailəsini başına yığıb qarmonda mahnılar ifa edir, uşaqlarına deyir ki, oynayın, görüm necə oynayırsınız. Özü də onlara mütləq Məşədi İbadın mahnısını oynadır.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır.

Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınır. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib, komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.

1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyur.

Xalq öz qəhrəmanlarını heç zaman unutmur, onlar haqqında əfsanələr quraşdırır, onları öz qəlblərində yaşadaraq bu yaşantıları həm də gələcək nəsillərə ötürür. Əliyar isə özü haqqında əfsanələr yaratmır. Onun müharibə zamanı etdikləri həqiqət idi. Təkbaşına erməni postlarını ələ keçirən, ayaq üstə əlində silahla onların üzərinə gedən, 300 dən çox erməni öldürüb Ermənistana üç günlük matəm elan etdirən qəhrəmanlıqlar göstərir.

Birinci Qarabağ müharibəsində Qubadlı camaatının qəlbində bir ad olur. O da Əliyar Əliyev adı... Hamı düşünürdü ki, Əliyar sağdırsa, deməli, Qubadlı da işğal oluna bilməz. Hamı istəyir ki, övladı Əliyarın özünün yaratdığı "Pəhləvanlar" adlı batalyonunda xidmət etsin. Atalar, analar düşünürlər ki, Əliyarın batalyonunda döyüşən övladına heç nə ola bilməz. Bu inamı Əliyar öz zəhməti, öz xidməti sayəsində qazanmışdı. Xalq onu sevirdi, ona inanırdı. Əliyar isə çalışırdı ki, batalyona ancaq tanıdığı adamları, tələbələrini, şagirdlərini, qohumlarını götürsün. O, özününkülərə ərk edirdi. Çox vaxtı onun qabağını kəsib, bizim uşaqları niyə batalyonuna qəbul etmirsən sözlərini də deyirdilər. Heç bir cavab verə bilmirdi. Amma sonralar deyirmiş ki, tanımadığım insanların balaları şəhid olsa, mən onların valideynlərinin üzünə necə baxaram?!

Pəri xanım Əliyarın döyüşə başladığı, "Pəhləvanlar" batalyonunu yaratdığı ilkin dövrlər barədə müsahibələrinin birində deyir:

"Əliyar idman müəllimi idi. Hər gün işə gedib gəlir, dinc həyat yaşayırdıq. Müharibə başlananda Əliyar dedi ki, idmanı saxlamaq lazımdır, idman vaxtı deyil. İndi vətəni qorumaq lazımdı. Başına yığılanların da hamısı mərd, qorxmaz uşaqlar idilər. Onun bir videosu var, orada deyir ki, Laçına kimlər gedəcəksə, bir addım irəli çıxsın. Sonra onların içərisindən də özü ilə aparacağı adamları seçir. Onlardan elələri olur ki, evin tək oğlu olur, onları özü ilə ağır döyüşə aparmır, deyir, sən evin tək oğlusan, ata-ananın yeganə ümidisən. Ona görə camaat onu çox istəyirdi. Uşaqları, tələbələri də ona bağlı idilər. Öz ata və analarından çox Əliyara rəğbət bəsləyirdilər. O, öz batalyonunda qəhrəmana, qardaşa, şəxsiyyətə çevrilmişdi. Əliyarın səsi, adı gələn yerə onlar gözü yumulu gedirdilər. Elə bilirdilər ki, onlara heç nə olmayacaq, çünki orda Əliyar var. Mənə həmişə deyirdi ki, məni yüz erməninin içində də görsən, qorxma, bil ki, mən sağ-salamat gələcəm. O, ölümü nə özünə, nə də bizə yaxın buraxmazdı. Ancaq bir dəfə, şəhid olmazdan bir az əvvəl mənə dedi ki, Pəri bu işlər, ölüm-itim əvvəl olsaydı, dözməzdin, amma indən belə həyatda nəsə olsa, dözəcəksən. Elə deyəndə ağladım, məni yaş boğdu.

Pəri xnım daha sonra Əliyarın son gedişini yada salır: Son gedişini də çox pis xatırlayıram. O, getməzdən əvvəl yuxu görmüşdüm. Yuxudan ayıldım ki, gedim suya danışım, gördüm həyətdə hər yer aydınlıqdı, elə bir səhər vaxtıdı. Sən demə, yaxınlıqdakı hərbi hissəyə silah sursat gətirirlər, ona görə ətrafı işıqlandırıblar. Otağa qayıtdım. Onda Əliyar da elə bil hiss elədi, dedi, nə olub Pəri? Ona heç nə demədim, yuxunu da danışmadım. Fikirləşdim ki, psixoloji təsir edər, fikirli olar. Səhəri gün Əliyar yola düşdü. Torbada ona qoz-fındıq yığmışdım, dedim, gedəndə apararsan. Elə oldu ki, o gedəndə həmin boxça əlimdə qaldı. Əliyarın anası dedi ki, payını aparmadı, ona qismət olmayacaq. Elə bil hamı nə isə şübhəyə düşmüşdü. Hamı düşünürdü ki, görəsən o, evə gələcək, yoxsa, yox. Həmin gün saat beşdə onu vurdular.

Ataları şəhid olanda onun uşaqlarından bu xəbəri gizləmək istəyirlər. Onları bir otağa salıb, başlarını qatmağa çalışırlar. Ertəsi gün əmiləri onlara deyir ki, atanız uzaq bir səfərə çıxıb. Bir gün qayıdacaq.

Qəhrəmanın qızı Pərvanə xatırlayır: Ölüm nədir dərk edənə kimi gözümüz atamı axtardı. Həyətimizə hərbçi maşını gələndə, qaçıb pəncərədən baxmışıq ki, bəlkə papa gəlib. Və yaxud da qohumlarımıza Qubadlıdan kimsə qonaq gələndə deyirdim onların yanında hündür bir kişi də gördünüzmü? Mən hələ də tam dərk etməmişəm onun ölümünü. Əmimin dediyi o uzaq səfər sözü mənim yaddaşımda ilişib qalıb. Elə bilirəm ki, o qayıdacaq. Mənə sual versələr ki, qapı açılsa, atan içəri girsə, nə edərsiniz, mənim cavabım belə olardı ki, belə bir şeyin ola biləcəyinə inanıram. Bəlkə nə isə möcüzə baş verə bilər... Bu bizim iç dünyamızdır. Onun gəlişini görsəm, sağ qaldığına inana bilərəm. Baxmayaraq ki, şəhid olduğunu, dəfn olunduğunu da dəqiq bilirəm."

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli qəhrəmanlar Şirin Mirzəyev və Allahverdi Bağırov kimi onun ölümü haqqında da müxtəlif versiyalar dolaşmaqdadır. Əliyarın xəyant nəticəsində öldürüldüyünü deyənlər də var.

Qubadlı rayonu işğaldan azad olunandan sonra Əliyarın hərbçi oğlu Emin atasının məzarını kəndlərində tapır və yenidən bərpa etdirir.

Mənbə: Kulis


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1441   Tarix: 03 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.