İshal və qusma zamanı ilk yardım

İshal və qusma zamanı ilk yardımBöyüklərdə çox güclü olmayan ishal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər.

Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!

İshal və ya diareya (yunanca "diarrheo" - "axıram" sözündəndir) - defekasiya aktının gün ərzində 2 dəfədən çox olmasıdır ki, bu zaman nəcis duru və ya horra şəklində olur. Diareya orqanizmdə əksər hallarda həzm sistemində hər hansı bir pozğunluğun olmasının əlamətidir. İshalın əsas səbəbləri aşağıdakılardır:

- bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz, virus xəstəlikləri və s.;

- bu və ya digər qidaya qarşı olan allergiya;

- həzm sistemi orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.) ;

- kəskin zəhərlənmələr;

- nevrozlar, həyəcan, qorxu;

- bundan əlavə, səyyahların diareyası (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər) adlanan bir formanı da qeyd edirlər.

Böyüklərdə güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu halda bağırsağı "bərkidən" dərmanlar qəbul edilməsi məsləhət görülmür. Əksinə, bu zaman bağırsağın diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa "kömək" göstərilməsi məqsədi ilə "smekta" preparatından istifadə etmək olar. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri absorbsiya edərək (özünə hopduraraq) bağırsaqdan xaric edir.

Güclü olmayan diareya zamanı pəhrizə əməl edilməsi də müalicəvi təsir göstərir. Qidanı az miqdarda, ancaq daha tez-tez qəbul edin, yağlı, qızardılmış, duzlu qidalardan, qəhvə və süd, təzə meyvə və tərəvəzlərdən, ədviyyatlardan imtina edin. Bu zaman banan, suda bişirilmiş düyü, alma püresi, suxari, dovğa, yağsız yoqurt, buğda bişirilmiş alma qəbul edilməsi məsləhət görülür. Nar qabığı dəmləməsi, qaragilə kiseli, zoğal mürəbbəsi ilə çay, nanə dəmləməsi (2 çay qaşığı nanə + 1 stəkan qaynar su) bağırsağın "bərkiməsinə" kömək edir.

Diareyanın baş verdiyi aşağıdakı hallarda isə tez bir zamanda həkimə müraciət etmək lazımdır (xəstənin vəziyyətindən asılı olaraq "təcili yardım" çağırmaq və ya xəstəni xəstəxanaya aparmaq):

- güclü diareya güclü qusma ilə müşayiət olunduqda, xəstənin vəziyyəti göz qabağında ağırlaşdıqda;

- diareya 2 gündən artıq davam etdikdə;

- nəcisdə qan izlərinin görünməsi;

- nəcisin qara rəngdə olması;

- xəstə qarnında kəskin ağrı hiss etdikdə;

- hərarət kəskin şəkildə yüksəldikdə.

Qusmanın baş verməsinin ən çox təsadüf edilən səbəbləri: mədə-bağırsaq sisteminin xəstəlikləri, qida zəhərlənmələri, virus infeksiyaları, hamiləliyin toksikozları. Qusmanın baş verməsinin az təsadüf edilən səbəbləri: ürək xəstəlikləri, böyrək daşı xəstəliyi, miqren zamanı baş ağrısı, beyinin xəstəlikləri (şişləri və ya meningit). Qusma, adətən, hər hansı bir tibbi müdaxilə olmadan tez bir zamanda keçib gedir. Qusma zamanı aşağıdakı hallarda tez bir zamanda "təcili yardım" çağırmaq tələb olunur:

- qusma çox güclüdürsə və tez-tez təkrar olunursa;

- əgər güclü qusma güclü ishal ilə müşayiət olunursa;

- qusuntu kütlələrində təzə qan və ya öd (yaşıl rəngli maye) olarsa.

Bu zaman "təcili yardım" gələnə qədər xəstəyə tam sakitlik vermək, ona içməyə və yeməyə heç nə verməmək, qusuntuda qan qarışığı olduqda isə qarının üzərinə içərisində buz olan paket qoymaq lazımdır.

İshal və qusmanın təhlükəli olan, ancaq böyüklərdə, adətən, nadir hallarda təsadüf edilən fəsadlarından biri - orqanizmin susuzlaşmasıdır. Susuzlaşma zamanı insanın su-elektrolit balansı və nəticədə orqanizmin bütün funksiyaları pozulur.

Yüngül və orta dərəcəli susuzlaşmanın əlamətləri: susuzluğun kəskin artması, sidik ifrazının azalması (sidiyin rəngi tünd sarı və ya qəhvəyi rənq alır), ağızın quruması (ağız suyu yapışqan olur), dərinin çox quru olması, zəiflik, əzginlik, başgicəllənməsi, ürək döyünməsinin tezləşməsi. Yüngül və orta dərəcəli susuzlaşmanı ev şəraitində müalicə etmək olar. Bunun üçün xəstəyə orqanizmin balansını bərpa edən xüsusi mayelər (misal üçün, rehidron) içirtmək lazımdır. Bu preparatlar toz şəklində apteklərdə satılır. 1 qablaşdırma 1 l qaynanmış suda həll olunur. Hər qusma və ishaldan sonra xəstəyə 5-10 qurtum içizdirmək lazımdır (daha çox içilməsi məsləhət görülmür - bu, qusmaya səbəb ola bilər).

Orqanizmdə mayenin bərpa edilməsi üçün lazım olan məhlulu ev şəraitində də hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.

Güclü susuzlaşma hətta ölümlə də nəticələnə bilər! Güclü susuzlaşma yalnız xəstəxana şəraitində vena daxilinə xüsusi məhlullar yeritməklə müalicə olunur. Güclü susuzlaşmanın əlamətləri - sidik ifrazının kəskin azalması, hətta tamamilə kəsilməsi, dərinin çox quru, isti olması, yüksək hərarət, huşun itirilməsi, qıcolmalar. Bu halda xəstəni vaxt itirmədən xəstəxanaya çatdırmaq lazımdır. Xəstənin vəziyyəti ağır olduqda dərhal "təcili yardım" çağırın.

Güclü susuzlaşma təhlükəli haldır. Bu səbəbdən onun profilaktikasını aparmaq lazımdır - susuzlaşmanın ilk simptomları meydana çıxan kimi, xəstəyə dehidratasiya (su balansının bərpa edilməsi) üçün xüsusi məhlullar içirtmək, güclü qusma və ishal olduğu zaman xəstəni tez bir zamanda xəstəxanaya çatdırmaq lazımdır.(milli.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2651   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 474
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 843
.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 1009
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 665
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3264
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 817
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 602
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 809
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 818
.