Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyidir

Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyidirSentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "France-24" televiziya kanalına müsahibə verərək, Azərbaycan – Fransa münasibərləri, bu münasibətlərin gələcək perspektivləri və digər sualları cavablandırılmışdır.
Cənab Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunda tutduğu mandatına tamamilə zidd olaraq ermənipərəst mövqe tutan Fransanın "France-24" televiziya kanalına müsahibə verməsi həm fransız auditoriyası ilə birbaşa təmasda olmaq, həm də Fransanın Ermənistana bu qədər yaxın olduğu faktı nəzərə alınmaqla Ermənistana verilən mesajların birbaşa çatdırılması baxımından olduqca müstəsna əhəmiyyət kəsb edir. Müsahibə ərzində dövlət başçımız bir daha fikrimizi və mövqeyimizi aydın şəkildə ortaya qoydu ki, müharibə bitib, münaqişə öz həllini tapıb, Azərbaycan gələcəyə baxır, çünki dəfələrlə Ermənistanla dialoqa başlamağa hazır olduğumuzu ifadə etmişik.
Cənab Prezident dəfələrlə çıxışlarında, "France-24" kanalına müsahibədən az əvvəl Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibəsində də ATƏT-in Minsk Qrupunun bir siyasi təsisat kimi fəaliyyət dairəsinin gələcəkdə status kimi məsələləri gündəliyə gətirməsindən yox, iki ölkə arasında hələ də həllini gözləyən məsələlərin, etimad tədbirlərinin yaradılması və bunun daha da möhkəmləndirilməsindən ibarət olmasının yol xəritəsini də aydın göstərmişdi. Bu gün Ermənistanın bəzi dairələrində revanşizm meyillərini görürük. Bu baxımdan da ölkə başçımız fransız kanalı vasitəsilə bildirdi ki, Azərbaycanın yeni təhlükə görəcəyi təqdirdə, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik bəyanatı Ermənistanın bu revanşist meyillərinə qarşı qaldırılmış fikirlərdir. Bu bir növ Ermənistanın qırmızı xəttinin haradan keçdiyinin göstərilməsi idi. Azərbaycan müharibə istəmir. Təbii ki, Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyib, indi də etmir. Lakin ölkə başçımızın da ifadə etdiyi kimi digər ölkələrin, xalqların olduğu kimi bizim, gənc və gələcək nəsillərin haqqıdır ki, öz tariximizi bilək. Zaman gələcək biz İrəvana da gedəcəyik və bu bizim təbii, legitim haqqımızdır. Yəni, nə Ermənistan, nə Fransa, nə də bir digər dövlət düşünməsin ki, biz tariximizi unutmuşuq.
Azərbaycana qarşı olan təzyiqlərin, ya da iradların biri də 62 diversantla bağlı idi ki, bu məsələ ətrafında hələ də narahatlığın ifadə olunması fonunda ölkə başçımız açıq şəkildə bildirdi ki, heç bir beynəlxalq konvensiya hərbi əməliyyatların getmədiyi zaman çərçivəsində tutulan bu və ya digər insanı hərbi əsir kimi xarakterizə etmir: "Onlar da müharibə bitdikdən 16 gün sonra aşkar edildiklərindən məhz təxribat dəstəsinin üzvləridirlər. "Dağlıq Qarabağ" terminin, onun statusunun məqsədli şəkildə gündəlikdə saxlanılmasına gəldikdə isə Azərbaycanın siyasi və coğrafi xəritəsində "Dağlıq Qarabağ" adlı vahid yoxdur. Bu məsələni cənab Prezident yüksək BMT kürsüsündən də bütün dünyaya çatdırdı. İndi Qarabağ və Şərqi Zəngəzur mövcuddur. Deməli, status da yoxdur. Belə canfəşanlıq edirlərsə getsinlər öz ölkələlərində istədikləri yerdə, nöqtədə ermənilərə status versinlər.
Muxtariyyət məsələsi də Azərbaycanın gündəliyində mövcud deyil. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, muxtariyyətin verilməsi belə artıq müzakirə mövzusu deyil. Müsahibə zamanı aydınlığa qovuşdurulan bir digər məsələ "Sərhədsiz reportyorlar" QHT təşkilatı ilə bağlı idi ki, onların hesabatları tamamilə qərəzli və ədalətsiz olduğu üçün Azərbaycan cəmiyyəti üçün heç bir məna kəsb etmir. Bu baxımdan da əldə hər hansı bir dəlil, sübut olmadan Azərbaycana qara yaxmaq məqsədilə qaldırılan bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir. Hər hansı bir ölkənin hüdudları çərçivəsində baş verən qanunsuz hadisələri araşdırmaq məsuliyyəti Azərbaycanın yox, o hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarının işidir. Bu faktı da ölkə başçımız çəkinmədən elə fransız kanalı vasitəsilə öz diqqətlərinə çatdırdı ki, olmayan, sübutsuz hadisələrlə Azərbaycanın üzərinə gəlməyə heç kimə aman verməyəcəyik. Həm də o sətiraltı mesaj da verildi ki, hər zaman Azərbaycanda əsassız şəkildə bu və ya digər istiqamətdə boşluqların olduğunu dilə gətirmədən öncə öz ölkənizdə mövcud olan boşluqlara fokus olun.
Müsahibənin ən əsas yeri Azərbaycanın Fransa dövləti ilə bağlı mövqeyi açıq şəkildə, bilavasitə məhz elə bu ölkənin kanalı vasitəsilə bildirildi: Azərbaycan Fransa ilə münasibətlərini uğurla qurub. Heydər Əliyev Fondu Fransada tarixi abidələrin restavrasiyası ilə bağlı nəzərəçarpan işlər həyata keçirib. Bir real fakt da var ki, hər bir dövlət xarici siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirərkən, digər bir dövlətlə ikitərəfli ya da çoxtərəfli zəmində münasibətlər qurarkən hansısa bir dövlətə, dövlətlərə daha yaxın ola bilər.
Müsahibəsində cənab Prezident İlham bildirdi ki, əgər Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidirsə obyektiv və qərəzdən uzaq mövqe nümayiş etdirməli idi. Lakin bitərəf yox, birtərəfli mövqe ilə Ermənistanın tərəfini tutdu, hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi.
Azərbaycan Fransa ilə Ermənistanın tarixi əlaqələrini, Fransada fəal erməni icmasının olmasını və onların qərar qəbul edən şəxslərə mümkün təsirini gözəl bilir. Bununla belə, ölkə başçımız onu da geniş auditoriyanın diqqətinə çatdırdı ki, Azərbaycan Parisdən gələcək Fransa-Azərbaycan münasibətləri ilə bağlı müsbət siqnallar alıb və onlara da müsbət cavab verib. Fransa dünyada aparıcı dövlətlərdən biridir və Azərbaycan bu dövlətlə münasibətlərinin normal olmasını istəyir. Bu gün yaranmış reallığa isə realist yanaşma ortaya qoyulmalıdır. Azərbaycanın xoşagəlməz hadisələrdən sui-istifadə etməməklə səhifəni müsbət istiqamətdə çevirməyə hazır olduğu ifadə edildi. Fransa da, Ermənistan da neqativ meyillərlə çıxış etməli deyil, regionda sülh, sabitlik və təhlükəsizlikdə maraqlı olmalıdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 695   Tarix: 30 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 181
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11.11.2026 276
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11.11.2026 197
.