Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var - FOTO + YENİLƏNİB
Novxanı-Zabrat istiqamətində hərəkət edən 537 nömrəli sərnişin avtobusunun qəza səbəbi məlum olub.
Bu barədə Oxu.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. O bildirib ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb:
"Bu gün saat 14:00 radələrində Kürdəxanı qəsəbəsində 537 nömrəli dövlət qeydiyyat nişanı 90-FB-546 olan və Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən sərnişin avtobusunun iştiakı ilə qəza baş verib. Əməkdaşlarımız hadisə yerində olub. Hadisə zamanı avtobusda sürücü ilə bərabər beş nəfər olub. Dörd sərnişin yüngül xəsarətlər alıb, xəstəxanaya yerləşdirilən olmayıb. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. İlkin məlumata görə avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib".
14:30
Abşeronda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar əraziyə altı təcili tibbi yardım avtomobili göndərilib.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Bildirilib ki, Məmmədli-Kürdəxanı yolunda baş verən avtobus qəzası zamanı yüngül xəsarətlər alan iki nəfərə yerində yardım göstərilib.
14:10
Abşeron rayonunda yol qəzası olub.
"Report"un xəbərinə görə, hadisə rayonun Məmmədli-Kürdəxanı yolunda qeydə alınıb.
Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib.
Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2339 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263 DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas
11.11.2026 181 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
11.11.2026 276 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11.11.2026 269 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
11.11.2026 160 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı
11.11.2026 147 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
11.11.2026 197