7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY

7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb. Nikahların 7058-i iyul ayının payına düşüb.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

Toylarda 150 nəfərədək qonağın iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 286   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti