Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldı

Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldıMaştağada məhkuma məxsus boş torpaq sahəsindən silahlar götürülüb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində sahədən basdıraraq gizlətdiyi bir ədəd "VALTRO mod85 COMBAT" model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar