AQTA bir neçə restoranı cərimələyib

AQTA bir neçə restoranı cərimələyibAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan BiG.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 24-də ölkə üzrə 401 ictimai iaşə obyektində 682 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Telnov 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Quliyev Əyanət Adil oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən, fiziki şəxs Emin Kekliyə məxsus "Böyük Firat" restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 98 ünvanında yerləşən, fiziki şəxs Məcidov Tahir Əliyar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 49k ünvanında yerləşən, fiziki şəxs Mahmudzadə Fərid Bəxtiyar oğluna məxsus çay evi;

6. Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 15, məh. 1212 ünvanında yerləşən, fiziki şəxs Həsənov Mircəlal Böyükbəy oğluna məxsus "Lavaş Ocaqüstü" restoranı;

7. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Yaylakcıoğlu İlahə Mirnağı qızına məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Q R.İmanov küçəsinda yerləşən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus kafe;

10. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda yerləşən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus anbar;

11. Sumqayıt şəhəri , 20-ci məhəllə, ev 20/29 ünvanında yerləşən, fiziki şəxs Planov Roman Nəriman oğluna məxsus "Yakudza" kafesi;

12. Qazax rayonu, Ə.Qədirov ünvanında yerləşən, fiziki şəxs Quluyev İlqar Aydın oğluna məxsus "Laquna" çay evi;

13. Gəncə şəhəri, Radiostansiya ərazisində yerləşən, fiziki şəxs Xələfova Gülnarə İlham qızınə məxsus "Maralgöl" yeməkxanası.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

11.11.2026 245
.