Oleq Kuznetsov: "Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur"
"Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur".
Bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
O bildirib ki, Cənubi Qafqaz regionunun tarixini və müasir dövrünü daha çox tədqiq etdikcə, Ermənistanın sistemli böhranı fonunda fiziki mövcudluğunu davam etdirməsi üçün daha az perspektiv görür:
"Bu ölkənin yaxın 10-15 il üçün gələcəyi müəyyəndir, amma 25 ildən sonra ola bilər ki, dünyanın siyasi xəritəsində Ermənistan kimi bir dövlət olmasın. Hələ səkkiz il əvvəl, 2013-cü ildə mən yazırdım ki, erməni gəncliyi öz perspektivini vətənində deyil, diasporda görür və elə o vaxt ölkə əhalisinin azalmasını proqnozlaşdırırdım".
Ekspert vurğulayıb ki, Ermənistanda indi yaşanan dərin sistemli böhran ilk növbədə özünüdərk böhranıdır və bu, ötən ilin payızında Azərbaycanla müharibədəki məğlubiyyətdən sonra yaranmayıb, əksinə, hələ sovet dövrünə gedən dərin kökləri var:
"Ən yeni erməni dövlətçiliyi bu dərin daxili böhranı irs götürüb və bunun öhdəsindən gələ bilməyib. Ona görə də mən əminəm ki, Ermənistan bir ölkə kimi strateji gələcəkdə yoxa çıxmağa məhkumdur. İndi Ermənistan əhalisi iki milyon nəfərə yaxındır və hər il 100 min nəfərədək insan ölkəni tərk edir, vətəndaşlığını dəyişir. Bu cür davam etsə, 20 ildən sonra Ermənistanda erməni qalmayacaq. Ermənistan əhalisi sürətlə qocalır, pensiya yaşlı insanların sayı gənclərin sayını üstələməyə başlayır. Ona görə də ölkədə təbii artım göstəriciləri artıq mənfi səviyyədədir və fərq getdikcə daha da çoxalacaq".
Onun sözlərinə görə, indi Ermənistanda hakimiyyət orqanlarının və biznes strukturlarının başında 90-cı illərin Qarabağ müharibəsinin veteranları dayanır, onların bioloji ömrü çox qalmayıb:
"Onlar qocalan kimi "miatsum" fikrinin aktiv daşıyıcıları qalmayacaq və onlar dünyalarını dəyişdikcə, erməni şəxsiyyət böhranı daha da dərinləşəcək. Çünki onların yerinə gələn nəsillər aqressiv ideoloji fikirdən uzaq olacaq. Son dövrlərdə Rusiyadakı erməni diasporunun oliqarxlarından biri Samvel Karapetyan Ermənistanda infrastruktur layihələrinə investisiya qoymağa hazır olduğunu bildirib. Amma başa düşmək lazımdır ki, o, Rusiya vətəndaşıdır, onun bütün biznes aktivləri Rusiyadadır, ona görə də investisiyalardan gələn mənfəət Ermənistanda qalmayacaq. Düşünmək lazım deyil ki, bu pullar yoxsulların vəziyyətinin yaxşılaşdırılması üçün xeyriyyəyə yönəldiləcək. Həmin vəsait yoxsulları son qəpiyinədək soyub hələ də ölkədə qalan pulları Ermənistandan çıxarmağa yönələcək".
O.Kuznetsov vurğulayıb ki, ermənilər özləri öz ölkələrini, eyni zamanda Azərbaycanın əvvəl işğalda saxladıqları ərazilərini talan edib və bu siyasəti davam etdirir. Onlar artıq bu yolda dayana bilmirlər, çünki özünüməhv strategiyası hələ sovet dövründə erməni dövlətçiliyinin əsasına qoyulub:
"Resursların talan edilməsi və diasporun zənginləşməsi: erməni mövcudluğunun son 30 il ərzində iki əsas prioriteti bunlar olub. Bu fundamentdə isə sağlam dövlət qurmaq heç vaxt mümkün deyil".
Mənbə: Trend
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 10604 Tarix: 25 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 408 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
11.11.2026 180 İspaniyada kirayə və mənzil böhranı
İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd
11.11.2026 249 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
11.11.2026 230 "Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb
11.11.2026 247 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
11.11.2026 258 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
11.11.2026 245