QANDONDURAN HADİSƏ: İki günlük körpəni diri-diri basdırdılar

QANDONDURAN HADİSƏ: İki günlük körpəni diri-diri basdırdılarTürkiyənin Adıyaman şəhərində faciənin qarşısı alınıb.

"Haber Global" məlumat verir ki, şəhidləri ziyarət etmək üçün qəbirsanlığa gələn şagirdlər ağlayan körpə səsi eşidiblər.

Səs gələn tərəfə gedən məktəblilər bədəni torpağın altında olan uşağın çöldə qalan ayaqlarını görüblər. 2-3 günlük körpə diri-diri torpağa basdırılıbmış.

Uşaqlar yenidoğulmuşu torpağın altından çıxarıblar.

Çox güman ki, qəbirstanlığa nəzarət edən şəxs cümə namazına gedəndə kimsə qızı torpağa basdırıb.

Körpə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1475   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş