Bakıda 3 kişi qadına zor tətbiq edib

Bakıda 3 kişi qadına zor tətbiq edibBakıda soyğunçuluq hadisəsi olub.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əkbərovaya zor tətbiq edərək içərisində 202 manat pulu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Adıgözəlov, İ.Quliyev və Q.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 578   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti