Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi - Oğlunun faciəsində Səyavuş Aslanın günahı

Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi - Oğlunun faciəsində Səyavuş Aslanın günahıBiG.AZ Kulis.az-a istinadən Xalq artisti Səyavuş Aslanın səfil həyatı keçirdiyinə görə medianın gündəminə gələn oğlu Çingiz Aslanla bağlı faktları təqdim edir.

Xalq artisti Səyavuş Aslanla sıravi, heç bir adı, təltifi olmayan, amma rolları, ifaları, səsi ilə tamaşaçılara sevdirən Ofeliya Aslan Quba Teatrında tanış olublar. Əsgərlikdən qayıdan Səyavuş Aslanı Quba Teatrına göndərirlər. Rza Əfqanlının və Bədurə Əfqanlının qızı Ofeliya isə orada işləyən anasının yanına gəlir, rejissorların ona verdiyi xırda rolları ifa edirmiş.

Səyavuş Aslan Ofeliyanı teatrda görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. "Mən artistə qız vermərəm" deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin o, "ya Ofeliya ilə evlənəcəm, ya da heç kimlə" - deyib inad edir və istədiyinə nail olur.

Səyavuş sevdiyi qızın ardınca Bakıya gəlir. Onu evliliyə razı salır. Ancaq deyilənə görə o vaxtlar o qədər kasıbçılıq imiş ki, Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmur. Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrın paltar sexindən bəylik kostyumu tapırlar.

***

Bu evlilikdən onların Çingiz və Eldar adlı iki oğlu olur. Ana olduqdan sonra Ofeliya xanım uzun müddət işləmir. 1997-ci ildən yenidən teatra qayıdır. Övladlar böyüdükcə, hər iki sənətkarın şöhrəti artdıqca, söz-söhbətlər də çoxalmağa başlayır. Deyilənə görə, Səyavuş Aslan bir neçə məşhur qadınla Ofeliya xanıma xəyanət edir. Aktrisa özünə qapanır, sakitliyə, öz dünyasına çəkilir. Hətta onun bir ara baxıcılıqla da məşğul olduğu, qeybdən xəbərlər verdiyi qeyd olunur.

Bütün bunlar Səyavuş Aslanla onun ailə yollarını ayırmağa qədər gətirib çıxarır. Onlar ayrılsalar da bir evin altında yaşamağa davam edirlər. Daha dəqiqi, evi ortadan bölüb, bir-biri ilə heç bir ünsiyyət qurmadan yaşayırlar.

***

Günlərin birində hansı zərurətdənsə Səyavuş Aslan Ofeliya xanımın psixi problemləri olduğunu bildirir və onu ruhi xəstəxanaya göndərir. Bununla da onların arasındakı bütün əlaqələr qırılır.

***

Ailənin bu cür parçalanması onların övladlarının taleyinə də təsirsiz ötüşmür. Böyük oğlu Çingiz ailə qursa da, ailə həyatı uğurlu olmur. Onun pis vərdişlərə mübtəla olması ailəsinin dağılmasına gətirib çıxarır. Ailəsindən ayrılan Çingiz gün keçdikcə daha acınacaqlı duruma düşür.

Ofeliya Aslan 18 may 2010-cu ildə - 71 yaşında ürək tutmasından dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.

***

Ayrılsalar belə bir evin altında sevdiyi qadının, uşaqlarının anasının hənirini alan Səyavuş Aslan bu ayrılığı həzm edə bilmir. Gün-gündən sozalır. Ömrünün sonuna yaxın, elə son müsahibəsində o, keçmiş günlərini xatırlayıb hönkür-hönkür ağlayır: "Köhnə sənət dostlarım üçün darıxıram. Teatr əvvəlki teatr deyil. Öləndən sonra istəmirəm desinlər ki, kimdənsə nəsə istədi, kiməsə ağız açdı, kömək istədi. Mənə bu yaşda yaraşmaz ki, gileylik edib, kimdənsə kömək istəyim. Səhvlərim çox olub. Günahlarımın olduğunu bilirəm. Amma peşmanam. Həyatımdakı yaşananlar üçün bu gün daha çox peşmanam. Amma çox gecdir."

***

Böyük aktyor bu sözlərdən az sonra - 2013-cü ilin isti bir yay günündə yaşadığı evdə dünyasını dəyişir.

Aktyorun kiçik oğlu Eldar Bakıda olmadığı üçün özünü yalnız ertəsi gün, atası dəfn olunandan sonra çatdırır.

***

Valideynlərinin ayrılığı, onların bir-birinə olan münasibəti övladlarının hər ikisinin yaddaşında ağır izlər buraxır. Oğlu Eldar müsahibələrinin birində deyir: "Atamla anam ayrılan zaman əsgərlikdə idim. Mən bu xəbəri eşidəndə şok keçirdim. Böyük qardaşım da, mən də istəmirdik ki, ailəmiz dağılsın, atamla anam ayrı yaşasın. Qarşısını ala bilmirdik. Övladın əlindən bu cür şeylər gəlmir. Övlad valideynlərinə hökm edə bilməz. Mən bu ərəfədə atamla qalırdım. Qadağalar yox idi, amma hər kəs öz tərəfindən, öz "damının" altından qərarlar verirdi. Ata bir söz deyirdi, ana bir söz. Mən bunların arasında bir poçtalyon kimi münasibət qururdum. Bəzən qadağalar da olurdu. Anam atama bir söz çatdıranda atam deyirdi ki, sən ona qulaq asma, bu belə deyil, elədir, sən ona belə de. Mənə çox ağır gəlirdi bu cür yaşamaq. Heç cürə bu vəziyyətlə razılaşa bilmirdim. Çox çalışırdım onları barışdırım. Bir neçə dəfə ciddi cəhdlər etdim, amma fayda vermədi. Anam özünü müdafiə etmək üçün səbəblər gətirirdi, öz arqumentlərini deyirdi mənə. Atam da özünü müdafiə edirdi. Hər kəs özünü haqlı sayırdı."

Eldardan fərqli olaraq Çingiz tamam ayrı həyat sürür. Onun zərərli vərdişlər üçün xərclədiyi pulları Səyavuş Aslan hələ sağkən qarşılaya bilmir. Aktyor dünyasını dəyişəndən sonra isə Çingiz şəhərin mərkəzindəki valideynlərindən qalan evi satır və küçələrə düşür. Onun sözlərinə görə pulun bir hissəsini dərmanlara xərcləyir. Yerdə qalan on bir min məbləği isə bulvarda halı pisləşən zaman cibindən oğurlayırlar.

***

Səyavuş Aslan vaxtıyla oğlu Çingizlə bağlı belə bir açıqlama vermişdi: "Yubileyimlə əlaqədar teatrın kollektivi mənə böyük bir plazma televizor hədiyyə etmişdi. Heyifim gəldi balaca evdə açıb işlətməyə, fikirləşdim, prezidentin verdiyi evdə təmir gedir, ora köçəndə təzə evdə açıb işlədərəm. Bir gün gəldim ki, televizor yoxdur, bildim Çingizin zibilidir. Düşdüm üstünə ki, tez ol de görüm neynəmisən mənə verilən hədiyyəni? Boynuna aldı ki, bir nəfərə satmışam. 500 manata. Dedim, ay avara, 5 min manata alınan şeyi necə əlin gəlib dəyər-dəyməzinə satmağa? Gəl düş qabağıma, gedək kimə satmısan pulunu verim, qaytarsınlar televizoru, ayıbdır aktyor yoldaşlarımdan".

Həmin ünvana gələndə isə Çingiz atasını evə girməyə qoymur, deyir, səninçün ayıb olar, day sən qalxma, beşinci mərtəbədir, pulu ver, özüm danışım, gəlirəm. Çingiz 500 manatı da götürüb girir bloka, 20 dəqiqə oğlundan xəbər almayan Səyavuş müəllim narahat olub qalxır Çingizin dediyi ünvana. Qapını açırlar, hörmət-izzətlə ustadı içəri dəvət edirlər. Söhbət əsnasında məlum olur ki, Çingiz televizoru o adamlara 500 manata yox 2 min manata satıbmış. Burdan da atasından aldığı 500 manatı götürüb heç o ünvana baş çəkmədən damdan keçib digər blokdan çıxıb gedib.

***

Atası dünyasını dəyişəndən sonra Çingiz ona zəng vuran jurnalistə deyir: "Atam gənc ikən qibtə olunası həyatımız vardı. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkdim. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim. Ailəm yoxdur, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam."

Sonralara Çingiz daha acınacaqlı vəziyyətə düşür. Mediada yayılan məlumatlara və fotolara görə bir neçə gün əvvəl Çingiz küçələrdə ağlaya-ağlaya adamlardan pul dilənir, kömək istəyirmiş.

***

Dünən isə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin rəsmi nümayəndəsi Murad Həşimov öz sosial hesabında paylaşım edərək bildirib ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2079   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

TOP MP3