Qalib xalqın qəhrəman Ordusu

Qalib xalqın qəhrəman OrdusuPrezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alınmışdır.
Dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də tarixi Qələbəmizdən sonra xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın 30 ildə hansı haqsızlıqlarla, ədalətsizliklərlə üz-üzə qaldığına işıq salır. Amma ölkəmiz dünyanın ikili standartlara söykənən siyasəti fonunda ruhdan düşmədi, daha da diplomatik sahədə səylərini artırdı, hərbi gücünü möhkəmləndirdi.
27 sentyabrdan başlanan şərəfli yol Zəfərimizlə başa çatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə "Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik" fikirləri ilə tarixi Zəfərimizin sevincini, yaratdığı qüruru ifadə etməklə yanaşı, ordumuzun gücünü, qüdrətini, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu və bunu əməldə təsdiqlədiyini diqqətə çatdırdı.
Otuz ilə yaxın dövrdə tarixi sahiblərini gözləyən torpaqlarımız 10 aydır ki, sevinclidir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri işğalçı dövlətə və havadarlarına biri-birindən önəmli mesajlar kimi dəyərləndirilir. Milli Qurtuluş Günündə ən yüksək zirvəyə qədəm qoyan Azərbaycan-Türkiyə münasibətlərinin təsdiqi olan Şuşa Bəyannaməsinə Qarabağın mədəniyyət paytaxtının şahidlik etməsindən hələ çox danışılacaq. Azərbaycan və Türkiyə prezidentləri Şuşada bir araya gələrkən dostluğumuzun təcəssümü olaraq Zəfər paradı da xatırlandı, qardaş ölkənin Vətən müharibəsi başlandığı gündən bügünədək Azərbaycanın yanında olduğu böyük sevinclə, qürurla qeyd edildi.
Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb. Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük maraq doğurmasıdır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.
Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə açıq-aşkar ərazilərimizi geri qaytarmaq fikrində olmadığını büruzə verirdi. Güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 44 günlük müharibə bu reallığı da göstərdi ki, yalnız Azərbaycan gəncliyi deyil, kimliyindən, əqidəsindən, siyasi mənsubiyyətindən, yaşından asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır!
Prezident İlham Əliyev öz çıxışlarında bir məqamı bir daha təkrar-təkrar qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cərimə və ictimai işlərdən yayınan şəxslər həbs oluna bilər

"İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiqi barədə qərarın icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, inzibati cərimə növündə inzibat

22.05.2026 200
.

"Demək olar ki, dünyanın əksər ölkələrində uşaqlı ailələrə dövlət dəstəyi mexanizmləri mövcuddur" - Akif Nəsirlidən SƏRT REAKSİYA

Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş rezonans doğurub. Deputatın "uşaqpulu valideynlərdə tənbəllik yarada bilər" fikri bir çox istifadəçi tərəfindən birmənalı qarşılanmayıb. Məsələ qısa müddətd

22.05.2026 325
.

Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi

Bakıda keçirilmiş WUF13 çərçivəsində Zero Waste Foundation sürətli urbanizasiya, mənzil tələbatı və iqlim siyasəti arasında artan əlaqəyə diqqət çəkərək, Antalyada keçiriləcək COP31 ərəfəsində dairəvi və aşağı karbonlu mənzil strategiyalarını şəhərlərin dayanıqlı inkişafı üçün əsas şərtlərdən biri adlandırıb

22.05.2026 204
.

"28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır" - BƏHRUZ QULİYEV

28 May - Respublika Günü Azərbaycan xalqının dövlətçilik tarixində yalnız bir təqvim hadisəsi deyil, milli iradənin, azadlıq düşüncəsinin və siyasi yetkinliyin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün müsəlman Şərqində ilk parlamentli demokrati

22.05.2026 265
.

Aya gedən "gizli yol" tapıldı

Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql

22.05.2026 119
.

"Çayçı Qədeş Bala" ilə TikTok-da Azərbaycan Çayını Kəşf Et!

Çay Azərbaycan xalqı üçün təkcə bir içki deyil - o, ünsiyyətin, qonaqpərvərliyin və birlik ruhunun simvoludur. Hər evdə, hər süfrədə çay insanları bir araya gətirir, söhbətə və mehribanlığa yol açır. Beynəlxalq Çay Günü münasibətilə biz "Çayçı Qədeş Bala" ilə söhbət etdik. TikTok üzərində

22.05.2026 311
.

Rusiyadan Ermənistana növbəti ittiham

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistan rəhbərliyi son dövrlərdə Rusiyaya qarşı bir sıra qeyri-dost addımlar atıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. "Ölkə rəhbərliyinin son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini

22.05.2026 201
.

Anar Əsədliyə hökm oxundu

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Anar Əsədlinin 7 il müddətinə azadlıqda

22.05.2026 257
.

"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar

Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə

22.05.2026 143
.

TOP MP3