ABŞ noyabrdan ölkəyə gələnlərə bu tələbi qoyacaq

ABŞ noyabrdan ölkəyə gələnlərə bu tələbi qoyacaqABŞ hökuməti noyabrın əvvəlindən başlayaraq ölkəyə gələn xarici vətəndaşlardan tam vaksin arayışı və səfərdən azı 3 gün əvvəl verilmiş COVID-19-la bağlı mənfi test cavabı tələb edəcək.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə brifinq zamanı Ağ Evin koordinatoru Ceff Zints bildirib.

"ABŞ-a gələn təyyarəyə minməzdən əvvəl tam vaksin arayışı təqdim olunmalıdır. Arayışı təqdim edən sərnişinlər ABŞ-da karantinə alınmayacaqlar. Xaricdən gələn, peyvənd olunmayan amerikalılar isə səfərdən əvvəl son 24 saat ərzində, həmçinin ABŞ-a çatdıqdan sonra COVID-19 testi verməlidirlər", - deyə Ağ Ev nümayəndəsi qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti