Bakının keçmiş baş memarı: "Lazım gəlsə, rəy alıb, Qız Qalasını da sökmək olar"

Bakının keçmiş baş memarı: "Lazım gəlsə, rəy alıb, Qız Qalasını da sökmək olar"Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Feyzi Rzayev dindirilib.

Şahid bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətində çalışıb, hazırda təqaüddədir: "Dilarə Əliyeva küçəsi 141 ünvanından yerləşən ərazidə tarixi bina vardı. Həmin ərazinin yaxınlığında yeni bina tikilirdi. Bu səbəbdən orada olan tarixi binada çatlar əmələ gəlmişdi. Əraziyə baxış keçirdik. Həmin vaxt binanın zirzəmisi tikilirdi. Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verdik. Ümumiyyətlə, qeyd edim ki, tarixi binalar, abidələr biz mütəxəssislər tərəfindən qeydiyyata alınır və Nazirlər Kabinetinə müvafiq şöbəsinə göndərilir".

Şahid vəkillərin suallarına cavab olaraq bildirib ki, Dilarə Əliyeva 145-in sökülməsini sonradan eşidib və söküntü zamanı orada olmayıb: "Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələrin siyahısından çıxarılması ilə bağlı məsələdən xəbərim yoxdur. Həmin binanın tarixi abidə olması ilə bağlı sakinlərin bəzilərində müqavilələr olub. Onların şikayəti əsasında əraziyə yoxlamalar aparmışıq. Baxış keçirdik, şəkillər çəkdik, arayış aldıq".

Daha sonra prosesdə ifadə verən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və Baş memarı olmuş Akif Abdullayev isə bildirib ki, tarixi binaların sökülməsi ilə məşğul olmayıb: "Mən yalnız təzə tikilən binalara baxmışam. Bakı şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra edirdim. 1976-cı ildən Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişəm. Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda olurdu. Rasim Quliyevi tanıyıram. Dilarə Əliyeva 141 ünvanının sökülməsi ilə bağlı sərəncam verilib. Sonradan dedilər ki, həmin ərazidə metro stansiyası tikmək istəyirdilər. Ona görə sərəncam dayandırıldı".

Prokurorun suallarını cavablandıran A. Abdullayev deyib ki, Rasim Quliyevi BŞİH-nin Aparat rəhbəri kimi tanıyıb: "Mən bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım. Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, xəbərim olmurdu və maraqlanmırdım".

Rasim Quliyev isə bildirib ki, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra möhür Akif Abdullayevə verilib: "Mənə heç bir möhür verilməyib. Məndə olan möhürü vəzifədən azad olunanda aktlaşdırıb təhvil vermişəm".

A. Abdullayev bildirib ki, hansısa bina tikintisinə icazə verilərkən daxil olan sənədə icazə veriləndə sənədləri araşdırmağa ixtiyarı olmayıb: "Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaqla bağlı idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik".

Prosesdə A. Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb. Hakim isə bildirib ki, sualları düzgün cavablandırmaq lazımdır: "Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?"

A. Abdullayev cavab olaraq deyib ki, Bakı şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy verilməyib: "Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi".

Hakimin "Kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz" suallına A. Abdullayev "Lazım olsa, rəy alıb, onu da sökmək olar" cavabını verib.

A. Abdullayev bildirib ki, Rasim Quliyevin hansı binanın sökülməsinə sərəncam verdiyini xatırlamır.

Dövlət ittihamçısı bildirib ki, A. Abdullayevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var.

A. Abdullayev isə deyib ki, tikinti işlərinə, təzə salınan məhəllələrə, tikilən yollara, kommunikasiya xətlərinə nəzarət edib.

R. Quliyevin vəkilinin suallarını cavablandıran A. Abdullayev bildirib ki, Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarındakı söküntülərdən xəbəri olmayıb.

Hakim qeyd edib ki, A. Abdullayev 45 il Bakı şəhər İcra Hakimiyyətində işləyib, amma sualları cavablandıra bilmir: "Siz iş üzrə əsas şahidlərdənsiniz. Bu prosesdə sizin iradəniz mühüm rol oynayır. Siz isə suallara cavab verə bilmirsiniz. Yaddaşınızı təzələyin, növbəti prosesdə aydınlıq gətirin".

Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011" Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlkahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2479   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.