Anası onun ölüm xəbərini eşidib dünyasını dəyişdi, dostunun ölümündə günahlandırıldı - Kərim haqqında bilmədiklərimiz

Anası onun ölüm xəbərini eşidib dünyasını dəyişdi, dostunun ölümündə günahlandırıldı - Kərim haqqında bilmədiklərimizKulis.az məşhur meyxanaçı Kərim haqqında maraqlı faktları təqdim edir.

Kərim Novruzov (Ağakərim) 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olub. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyata fənninə maraq olub.

***

Meyxanaya marağı da qonşusu Ağasəlim Çıldağın audiokasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatını alıb.

***

Kərim uzun illər meyxana deyiləndə ilk ağıla gələnlərdən olub. Meyxana tədbirlərində, televiziya proqramlarında, münsiflər kürsüsündə daim öndə idi. Ağasəlim Çıldağın ən yaxın iki tələbəsindən biridir.

Kərimi meyxanada həmkarlarında xüsusi fərqləndirən cəhət onun avazıdır. Meyxanasevərlər onun deyişmələrini belə mahnı kimi dinləyir.

***

Məşədibaba deyirmiş ki, deyişmədə Kərim adamı öz avazında məğlub eləmək istəyir. Onun tembrində cavab vermək istəyəndə adam batır. Gərək onun avazına aldanmayasan, öz tembrində deyəsən.

***

"Amandı", "Azərbaycanlılar", "Bu gedər, o biri gələr", "Divanə kimi", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Günahkar mavi Xəzərdir", "Kasıb", "Maştağa", "Nizami", "Pul", "Rədd elə getsin", "Varmı, görəsən?", "Vurulmuşam" mahnı və meyxanaları ilə tanınıb.

Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər becərib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: "Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq".

***

Adlarını çəkməsə də 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: "Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım".

***

Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: "Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmetdir, hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun".

Kərim digər bir neçə həmkarı ilə bir yerdə mərhum meyxanaçı Elçinin ölümündə günahlandırılır. İddiaya görə Məşədibaba Elçini bıçaqla vurduqdan sonra bir neçə meyxanaçı onu xəstəxanaya bilərəkdən gec çatdırıb. Elçin də qanaxmadan dünyasını dəyişib. Lakin bu iddia şayiə olaraq qalır.

***

Kərim bədii ədəbiyyatı sevdiyini bildirir, daha çox Şərq ədəbiyyatını oxuduğunu deyir: "Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?"

***

Övladının meyxanaçı olmasını istəmir. Övladının ingilis dilini yaxşı öyrənməsini və öz təəbirincə desək, daha yuxarılarda olmasını istəyir.

***

Toyxanada yüzlərlə adamın qarşısında hər gün yarışmağın həyəcanı meyxanaçıların səhhətinə ağır təsir edir. Bu üzdən əksər meyxanaçılar dünyalarını vaxtsız dəyişir. Həmin həyəcan Kərimin də səhhətinə təsirsiz ötüşmür. 2017-ci ildə insult keçirir. Vəziyyəti ağırlaşır. Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürür.

İnsult keçirdikdən sonra bir müddət ayaq üstə dura bilsə də, ardınca dayaq sistemində də problem yaranıb. Hazırda ustad meyxanaçının səhhəti ağır olaraq qalır.

***

Kərimin bir neçə dəfə ölüm xəbəri yayılıb. Bu xəbərlərdən ilki yayıldığı zaman anası xəbərdən təsirlənib. Deyilənə görə, anasının ölümünə səbəb də məhz həmin qəfil xəbər olub.

***

İnsult keçirdikdən sonra dostu və həmkarı Ağamirzənin ad günündə efirə dəvət alıb. Ağamirzə isə efirdə Kərimə meyxana deməyə icazə verməyib. Kərim bundan inciyərək reklam fasiləsində efiri tərk edib. Ardınca vəziyyətə aydınlıq gətirən Ağamirzə bunları deyib: "Kərim istədi xoş günümdə meyxana desin, mən razılıq vermədim. Başa saldım ki, həkimlər sənin meyxana deməyinə, hələ ki, icazə vermirlər. Həyəcanlanmaq olmaz, birdən, meyxana deyəndə həyəcanlanarsan, vəziyyətin pisləşər."

Bu gün də məşhur meyxanaçının ölüm xəbəri yayılmışdı. Yaxınları daha sonra xəbərin yalan olduğunu bildirdi.

***

Meyxana ustadına şəfalar diləyirik.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6252   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.