Kirayə mənzil bazarında "yanan qiymətlər" – Ucuzlaşma olacaqmı?

Kirayə mənzil bazarında "yanan qiymətlər" – Ucuzlaşma olacaqmı?Son bir neçə ay ərzində kirayə mənzil bazarında qiymət artımı yüksək həddə çatıb. Əyani təhsil qərarı verildikdən sonra isə kirayə mənzillər bazarında yenidən artım müşahidə olunur.

Həm saytlar vasitəsilə axtarış edənlər, həm də rieltorlar vasitəsilə aylıq mənzil kirayə etmək istəyənlər hər iki seçimdə yanıldıqlarını, istədiklərini əldə edə bilmədiklərini deyirlər.

Görəsən, çıxış yolu nədədir? Ümumiyyətlə, kirayə mənzillərin qiymətinin aşağı düşməsi, yaxın vaxtlarda qiymətin keyfiyyətə adekvat ola bilmə ehtimalı varmı?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı vətəndaşları kirayə mənzil bazarı üzrə ixtisaslaşmış şəxslərə­­ ­- rieltorlara üz tutmağı məsləhət görüb. Müsahibimizin sözlərinə görə, yaxın gələcəkdə kirayə mənzil bazarında ciddi mənada endirimin olması gözlənilmir:

"Vətəndaşlar çalışmalıdır ki, konkret ofisi, ünvanı olan rieltorlara üz tutsunlar. Yəni VÖEN-i olmayan, ara-sıra rieltorluqla məşğul olan şəxslərə aldanmasınlar. Son günlər Daxili İşlər Nazirliyi də bu barədə xəbərdarlıq edib. Azərbaycanda hələ uzun illər kirayə mənzil problemi mövcud olacaq. Bu problem kirayə mənzillərin ildən-ilə bahalaşmasına gətirib çıxaracaq. Faktiki olaraq, köhnə mənzil fondu söküldükcə, şəhərsalma tədbirləri sürətləndikcə qiymət artımını şərtləndirən amillər ortaya çıxır. Bu baxımdan düşünürəm ki, qarşıdakı illərdə də biz bu problemi tənzimləməkdə çətinlik çəkəcəyik".

Əmlak eksperti bir neçə ay sonra bəzi mənzillərin aylıq kirayəsinin cüzi şəkildə aşağı düşmə ehtimalının olduğunu deyib. R.Osmanlı bütün bunların fonunda arxayın olmamağı sözlərinə əlavə edib:

"Bu sahəyə özəl sahibkarları cəlb edib, onları sitimullaşdırmaq, yataqxanaların fəaliyyətinin genişləndirilməsi üçün işlər görülməlidir. Lakin hələ görünən odur ki, bu, hökumət qarşısında prioritet məsələ kimi dayanmır. Çox təəssüflər olsun ki, son iki ilin təcrübəsi göstərir ki, qiymətlərdə enmə olmayacaq. Kirayə mənzilə tələb çoxdu, seçim az, qiymət yüksəkdir.

Hesab edirəm ki, payız və qış aylarında bəzi kirayə mənzilllərin qiymətində cüzi azalma ola bilər. Lakin bu da ehtimaldır. Bu ehtimala əsaslanıb, gözləyən vətəndaş qazanmaqdan çox itirə bilər. Yəni ehtimal da var ki, 400-450 manatlıq mənzil bir - iki aydan sonra 500-600 manata da təqdim olunsun". /Sfera.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1040   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

11.11.2026 381
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11.11.2026 132
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11.11.2026 254
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.