DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.
Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qolla hesabı açıb.
İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.
Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.
21:45
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, meydan sahibləri 87-ci dəqiqədə hesabı bərabərləşdirib.
İrlandiya seçməsinin heyətində Şeyn Daffi tarazlığı bərpa edib - 1:1
21:02
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi 1:0 hesabı ilə öndədir.
45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb.
20:48
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.
45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.
20:00
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.
"Report"un məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1053 Tarix: 04 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşU-15 dünya çempionu İspaniya millisi oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki
30.10.2026 442 "Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20.10.2026 1299 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 660 Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
31.10.2026 359 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 741 "Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
01.11.2026 362 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
01.11.2026 336 "Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 593 İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtira
03.11.2026 477