Evdə kovid diaqnostikası apar - Yoluxub-yoluxmadığını özün təyin et

Evdə kovid diaqnostikası apar - Yoluxub-yoluxmadığını özün təyin etHazırda bağırsaq virus xəstəliyi, mövsümi soyuqdəymə və qrip də olduğu üçün bu xəstəlikləri koronavirusdan fərqləndirmək çətinləşib.

Koronavirusu adi allergiyadan da fərqləndirən məqamları bilmək lazımdır.
BiG.AZ medicina.az-a istinadən evdə hər bir şəxsin əlamətlərə görə özünü koronavirus diaqnostikası edə bilməsi üçün metodları təqdim edir.

Koronavirus simptomları hər xəstədə az və ya çox, uzun və ya qısa olmaqla müxtəlif cür başlayır. Bir insan heç nə hiss etmədiyi halda, digərləri ilk gündən zəifləyir.

İstənilən virus xəstəliyində qızdırma, hərarət olmalıdır. Koronavirusda bu 37 dərəcədən başlayır.

Xəstəlik boğazda, burunda tutulma, yüngül öskürəklə başlayıb, sonra digər əlamətlərə keçir:

- Ağciyərlərdə ağırlıq, sıxılma, təngnəfəslik, tənəffüsdə çətinlik
- Əzələ. sümük ağrıları, bədənin sanki sınması hissi
- Baş ağrısı
- Kürəkdə ağrı
- Burun tutulma, axma

Son tədqiqatlar göstərib ki, birinci yüngül titrətmə gələ bilər, sonra digər əlamətlər qoşulur.

Koronavirusun nadir, az rast gəlinən simptomları:

- Mədə-bağırsaqdan başlayan kovid - ürəkbulanma, qusma, diareya, iştahın itməsi, qarında ağrı, pis qoxu
- Dəridə dəyişiklik - dəridə qırmızı səpkilər, qızartılar, qaşınma.
- Kovid barmaqları sindromu - əl-ayaq barmaqlarının ucları şişir, rəngi ağarır
- Gözlərdən - konyuktivit, yəni iltihab, gözlərin yanması, qaşınma, şişkinlik, qızartı, su axması
- Təfəkkür, beyinin qavramasının dəyişməsi - bu çox xəstələrdə yeganə simptom ola bilər. Daha çox yaşlı insanlarda olur. Xəstə danışa bilmir, deliriy baş verir, xəstə sayıqlayır.

Koronavirusu digər adeno və qrip virusundan fərqləndirən 3 cəhət budur: qrip qəfil başlayır və 3 gündən sonra simptomlar zəifləməyə başlayır.

Koronavirus isə əksinə asta-asta start götürüb, 3 gündən sonra kəskin mərhələyə keçə bilir.

Koviddə öskürək quru olur, nadir halda burundan çox su gəlmə və asqırıq olur. Qripdə isə burun, baş sanki su ilə doludur və burundan su axır, insan asqırır.

Qripdə dad və iybilmə itməsi nadir halda olur.

Allergiyadan fərqi odur ki, allergiyada sümük-əzələlər ağrımır, ümumi zəiflik, təngnəfəslik, əzginlik olmur, eləcə də hərarət 38-ə qalxmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1865   Tarix: 01 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798