Uşağın oğlan olması kimdən asılıdır - Mayalanmada kişinin rolu

Uşağın oğlan olması kimdən asılıdır - Mayalanmada kişinin roluUşağın oğlan olması, xüsusən qız uşağından sonra heç olmasa bir oğul sahibi olmaq arzusu bizim cəmiyyətin, mentalitetin əsas problemlərindən biridir. Elə bir müsəlman, şərq kişisi yoxdur ki, oğlan övladı arzulamasın. Bu istək o dərəcədə güclüdür ki, hətta keçmişdə oğlan usağı olmayanda qadını boşayardılar. Nədənsə, kişilərə həmişə elə gəlib ki, uşağın cinsiyyətini qadın həll edir. Ona görə uşaq qız olursa, bunda günahkar qadın olur.
Medicina.az gent.az-a istinadən uşağın cinsiyyətini planlamağın mümkünlüyü barədə elmi variantları təqdim edir:

Kimin qanı təzədirsə…

Bir nəzəriyyəyə görə, insanın qanı müəyyən müddətdən bir yenilənir. Belə ki, qadınların qanı ildə 3 dəfə, kişilərin qanı isə 4 dəfə yenilənir. Hesablamalara görə, əgər döllənmə atanın qanının yenilənməsinə təsadüf edibsə oğlan, anaya təsadüf edibsə, uşaq qız olur. Yəni uşağın əsası qoyulan an ər arvaddan kimin qanı daha təzədirsə, cinsiyyət də o tərəfə meyilli olur.

Evdə ağa kimdir?

Qədim nəzəriyyələrdən biri də ailədə liderliyin təsirini önə çəkir. Ailədə kimin sözü keçir, kim liderdir? Əgər kişi ağadırsa o zaman uşaq daha çox qız olur. Qadın liderdirsə, əkisnə oğlan olur. Bu teoriya onunla izah olunur ki, ailədə qadın enerjisi basqı altında olub zəiflədikdə təbiət bu tarazlığı qorumaq üçün ailəyə daha çox qız bəxş edir. Yox kişi qadından zəif olduqda, o zaman kişi tərəfi möhkəmlətmək üçün oğlan doğulur.

Kişi xromosomlu spermatazoidlər daha tənbəl və zəif olur. Onlar mənzil başına çatana kimi X xromosomlular irəli keçir.

Hansı xromosom mayalanacaq?

Elm və tibb uşağın cinsiyyətinin birbaşa kişidən asılı olduğunu bildirir və bunu sübut edir. Belə ki, kişi spermatozoidləri 2 cür olur: Y xromosomlu, X xromosomlu. X xromosomlu qadın, Y xromosomlu kişi cinsinə uyğundur.

Döllənmə zamanı ana yumurta hüceyrəyə hansı spermatozoid tez çatsa, ona da uyğun cins formalaşır. Hansı xromosomun daha diribaş olacağı da atanın qidasından tutmuş sağlamlığına kimi çox şeydən asılıdır.

Qadında olan ana yumurta hüceyrə yalnız bir xromosomludur. X-yəni qadın. Onun üçün fərqi yoxdur, kim birləşəcək. Əgər X xromosom mayalanacaqsa, qız olacaq, Y xromosom olacaqsa oğlan.

Uşağın cinsini yalnız bir halda öncədən seçmək olar:

O da əgər xromosomlar genetik laboratoriyada seçilib, süni mayalanma olunarsa.

Bir çox ölkələrdə, məsələn Türkiyədə hətta süni mayalanmada da cinsiyyət sifarişi qəbul olunmur və hansı spermatoziod uyğun oldu tətbiq edilir. Təbii hamiləlik zamanı uşağın cinsiyyətini heç bir dərman, metod, türkəçarə planlaşdıra bilməz.

Xüsusi metod

İki amerikalı alim Lendran Şettlz və Devid Rorvik uşağın cinsiyyətinə təsir edən metod tapıblar. Onların ideyasına görə, əgər döllənmə qadının dəqiq ovulyasiya gününə düşsə, oğlan olma ehtimalı çoxdur.

Onlar bunu belə əsaslandırır ki, Y - oğlan xromosomlar daha yüngül və hərəkətli olsalar da, ömürləri az olur. Amma qız xromosomlu spermatozoidlər daha ağır, mühitə dözümlü olur, çox yaşayır.

Ona görə ovulyasiyadan 1-2 gün qabaq xromosomların bir çoxu ana hüceyrənin ətrafında ölür, onların da çoxu təbii ki, Y xromosomlar olur. Sağ qalan X xromosomlar mayalanır və uşaq qız olur. Ona görə də ovulyasiya günü münasibətdə olmaq oğlan olması ehtimalını artırır.

Mütəmadi və çox cinsi münasibətdə olan kişidə Y xromosomlu spermatozoidlər çox olacaq.

Androloqdan sirr

Həkim androloq uşağın cinsində "günahkar" axtarmağın yanlış olduğunu bildirib. Androloq Vüqar Məmmədov bildirib ki, ona "həkim, oğlan istəyirəm, nə edim, necə edim" kimi sual verən kişilər indi azdır.

"Ailələr var ki, evlənirlər, amma kişidə Azosperm, yəni sıfır spermdir. O kişi bir evin pulunu xərcləməyə hazırdır ki, təki evindən uşaq səsi gəlsin. Uşağın sağlam olması da atadan asılıdır. Ata sağlam olarsa, döllənmə də, hamiləlik də uğurla olar, uşaq sağlam doğular.

Uşağın oğlan olması bilavasitə kişidən asılı olduğu üçün, 100 faizlik olmasa da, bəzi kiçik məqamlar var ki, onlara kişilər diqqət yetirsə, bəlkə də cinsiyyətə təsir edə bilərlər. Məsələn, tez-tez mütəmadi cinsi münasibətdə olan kişidə Y xromosomlu spermatozoidlər çox olacaq. Bu da oğlan olma ehtimalını artırır. Az-az, gec ünsiyyətdə olan cütlüklərdə qız daha çox olur. Çünki Y xromosomların ömrü az olur.

Bir sözlə, kişi çalışmalıdır ki, Y xromosomlar yumurta hüceyrəyə çatsın. Bunun üçün xüsusi pozalar da çalışmaq lazımdır ki, Y spermatozoidlərə kömək etsinlər. Qısa müddətli, uşaqlıq yolunda baş verən əlaqə zamanı daha çox qız uşaqları doğulur.

Amma indi cəmiyyətdə, andrologiyada əsas problem bu deyil. Əsas məsələ kişi sonsuzluğunun qadınlara nisbətdə çoxalmasıdır. Sağlam, normal speqroqramması olan kişilər çox azdır. Spirtli içki, energetik içkilər, çox oturmaq, sıx alt geyimi, maşında çox olmaq, siqaret normal spermatogenezi pozur.

Kişilər məndə hər şey normaldır, qadınlarla münasibətimdə problem yoxdur deyib arxayınlaşmasın. Evlənməzdən öncə spermoqramma analizi versinlər, androloji yoxlansınlar. Cinsi infeksiyaları olan kişilərdə də Y xromosomlar çox olmur və çox yaşamır. Yenə də o mühitdə X xromosomlar davamlı olur. Ona görə qız uşaqları çox ola bilər".

Odur ki, hər gün banan və xiyar yeməklə oğlan gözləmək, ya da alma və süd yeməklə qız istəmək absurddur. Qoroskop, kişinin yaşı, qadının yaşı, bədən forması da rol oynamır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2930   Tarix: 17 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

TOP MP3