Hadrut və Füzulidə bayraq qaldıran qəhrəman - Şəhid İbrahim Məmmədov düşmənin qorxulu yuxusu idi - VİDEO
Şəkidən olan qəhrəman hərbi xidməti başa vurandan sonra xüsusi təyinatlı qüvvələrdə xidməti özünə amal seçib, vətən torpaqlarını düşməndən təmizləyəcəyinə and içmişdi. Uzun illər xüsusi təyinatlı qüvvələrdə gizir kimi xidmət edən İbrahim Məmmədov peşəkar hərbçi kimi bır sıra xüsusi əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərində də çətin döyüş tapşırığını uğurla başa vuraraq sağ-salamat geri qayıdıb. Xüsusi bacarıqları, güclü iradəsi və düşmənə qarşı amansız olmasına görə İbrahim xidmət etdiyi yerdə "canavar" ləqəbi ilə tanınıb və sevilib.
Xezerxeber.az-ın məlumatına görə, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda da ilk gündən Füzuli istiqamətində cəbhə xəttinin yarılması və ordumuzun rahat irəliləməsi üçün döyüş yoldaşları ilə birgə çətin xüsusi əməliyyatları uğurla nəticələndirib. Ermənilərin xüsusi əhəmiyyət verdiyi Hadrut qəsəbəsinin azad olunması ilə bağlı qondarma rejimin rəhbəri Araik Aratunyanın "1500 nəfər erməni əsgəri 10-15 Azərbaycan xüsusi təyinatlısının qabağından qaçdı" ifadəsi də İbrahim və onun döyüşçü yoldaşları haqqında deyilmişdi. Məhz bu qəhrəmanlığına görə oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri də İbrahim Məmmədov idi.
Hadrutdan sonrakı döyüşlərdə göstərdiyi xüsusi rəşadət və şücaətinə görə oktyabrın 17-də Füzulidə Azərbaycan bayrağını yüksəltmək, eləcə də Ali Baş Komandana bu şəhərin azad olunmasını məruzə etmək də ona həvalə edilmişdi.
Onun döyüş yoldaşı olan qazi Ülfət Həsənov bildirir ki, İbrahim Məmmədov hər zaman cəsarəti ilə seçilib və çox çətin əməliyyatları uğurla başa çatdıran peşəkar hərbçi olub.
Döyüş yoldaşlarının dediyinə görə, xidməti müddətində, eləcə də son Vətən müharibəsində İbrahimin məhv etdiyi erməni hərbçilərinin sayı 100-dən çox olub. İbrahimin son döyüşü isə oktyabrın 25-də Laçın istiqamətində olub. Xüsusi əməliyyatı icra edərkən qəhrəman gizir boynundan yaralanaraq şəhid olub və Şəkidə şəhidlər üçün ayrılmış yerdə dəfn edilib.
Şəhidin atası Nakam Məmmədov və qardaşı Fuad Məmmədov onun igid bir döyüşçü olması ilə fəxr edirlər.
Həyat yoldaşı Aynur Məmmədova isə deyir ki, İbrahimin getdiyi əməliyyatlar nə qədər çətin və təhlükəli olsa da, heç zaman onu ailəsində hiss etdirməyib.
Gizir İbrahim Məmmədovun yadigarı olan iki övladı da atalarını sevgi dolu, qayğıkeş bir insan kimi xatırlayır və onun üçün darıxdıqlarını bildirirlər.
Şəhidin həyat yoldaşı Aynur Məmmədovanın sözlərinə görə, İbrahimin arzusu o idi ki, uşaqları yaxşı təhsil alsın və Azərbaycana layiq övladlar kimi böyüsünlər. O, İbrahimlə fəxr etdiklərini və onun son arzusunu yerinə yetirmək üçün çalışacağını bildirir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3473 Tarix: 13 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254