Azərbaycan ədəbiyyatı tarixində İLK - Yerli əsərimiz xaricdə BİRİNCİ OLDU
Azərbaycanlı yazıcı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun˝Relslər üzərinə uzanmış adam˝ romanı Amerikanın ˝Readers' Favorite˝ beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən, ən böyük mükafat fondlarından birinə sahib beynəlxalq ədəbi müsabiqədə qızıl medal qazanıb.
BiG.AZ-a verilən məlumata əsasən, "Readers Favorite" dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlardan biridir.
Təşkil etdiyi müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD), 150-dən artıq fərqli janrda mükafat verən beynəlxalq yarışmadır. Müsabiqədə dünyanın hər yerindən minlərlə əsər iştirak edir.
Kitab "Readers Favorite" müsabiqəsinə təqdim edildikdən sonra bir neçə mərhələdən keçir. Birinci mərhələdə əsər haqqında resenziya yazılır və beş kateqoriya (estetik görünüş, süjet, ideyanın inkişafı, şəkilləndirmə, nəzərdə tutulan auditoriyaya uyğunluğu) üzrə dəyərləndirmə aparılır. Daha sonra birinci mərhələdən uğurla keçmiş kitablar arasında bir neçə ay ərzində təkrar seçim edilir və qaliblər elan olunur.
Məlumat üçün qeyd edək ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə, medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır.
"Readers Favorite"in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq – yüksək nəticədir.
Nəticələr Amerikanın nəhəng beynəlxalq nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqer, jurnalist, naşirlərlərdən və kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 500 000-ə yaxın abunəçiyə çatdırılır.
"Publishers Weekly" iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.
Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılır. Lakin pandemiya səbəbindən builki müsabiqənin təltif olunma mərasimi 2021-ci ildə baş tutacaq. Müəllif də qalib olaraq həmin tədbirə dəvət edilib.
Xatırladaq ki, Rövşən Abdullaoğlunun hazırda 4 əsəri ingilis, rus, türk dillərinə tərcümə olunub və digərləri də tərcümə olunmaqdadır. Bu kitablardan "Relslər üzərinə uzanmış adam" və "Bu şəhərdə kimsə yoxdur" romanları "Amazon" platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də Amerikanın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.
Bu göstərici kitablarımızın dünya arenasında layiqli yer tutmağa, vətənimizi, ədəbiyyatımızı gözəl şəkildə təmsil etməyə qadir olmasından xəbər verir.
İnanırıq ki, yazarımız gələcəkdə də vətənimizi beynəlxalq arenada uğurla təmsil edəcək.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2814 Tarix: 03 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiyadan dünyaya yayılan axın: Meşə vannası
Müasir həyatın tempi bizi çox vaxt daxili səsimizdən belə uzaqlaşdırır. Ekranlar, iclaslar, bitməyən bildirişlər və daim harasa yetişmək qaçaqovu arasında nəfəs almaq belə çətinləşir. Günün böyük hissəsini qapalı məkanlarda, süni işıqlar altında keçirərkən bədənimiz qədər ruhumuz da yorulur. Məhz b
08.02.2026 282 Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları
ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi
06.02.2026 551 Bu mağara itmiş bir dünyanı ortaya çıxardı
Yeni Zellandiyanın Şimal Adasında dik bir yamacın içində gizlənmiş olan Moa Yumurta Qabığı Mağarası (Moa Eggshell Cave), elm dünyasına qapılarını açıb. Mağara adətən bir zaman maşını kimi fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, Vaitomo bölgəsi parlayan tırtılların işıqlandırdığı möhtəşəm mağaralar
02.02.2026 869 Turlar.Az - Daxili Turlar
Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir
07.02.2026 764 Mask maliyyəçi Epşteynlə yazışmalarından danışdı
"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, texnomaqnat İlon Mask maliyyəçi Ceffri Epşteyndən dəfələrlə dəvət aldığını açıqlayıb. xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb. İ.Mask hər dəfə məşhur maliyyəçinin adasına baş çəkməkdən imtina etdiyini deyib. "Mən Epşteynl
01.02.2026 595 Avropadakı çörəklər niyə həzm problemi yaratmır?
Bir çox səyahətçinin ortaq müşahidəsi budur: "Xaricdə doyunca çörək yeyirəm, amma mədəm ağrımır". Bunun səbəbi yalnız "tətil ruhu" və ya az stres deyil, çörəyin hazırlanma prosesindəki köklü fərqlərdir. xəbər verir ki, Avropada çörəklər əsasən təbii turş xəmir ilə hazırlanır və fermentasiy
01.02.2026 454 Evdə niyə fit çalmaq olmaz? - Əsl səbəb, xurafat deyil
Bir çox insan evdə fit çalmağın qadağan olunmasını keçmişdən qalma inanc hesab edir. Lakin akustika üzrə mütəxəssislər və psixoloqlar bu mövzunu artıq uzun müddətdir elmi baxımdan izah edirlər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, fit kəskin və yüksək tezlikli səs dalğaları yaradır, beyi
08.02.2026 312 Qadınlar doğuşda, yoxsa abortda daha çox ölür? - ARAŞDIRMA
Alimlər qadınların hamiləlik dövründə və hamiləliyin öz istəyi ilə dayandırılmasından sonra həyat üçün mövcud riskləri müqayisə ediblər. ABŞ-da aparılan yeni genişmiqyaslı tədqiqat göstərib ki, hamiləlik və doğuş zamanı ölüm riski əvvəlki proqnozlarla müqayisədə üç dəfə yüksəkdir. Alimlər xəbərdarlı
08.02.2026 324 Martda 27 dərəcə isti: 2026-cı ilin ən yaxşı səyahət ölkəsi açıqlandı
Mart ayının əvvəlində isti hava və az turist axtaran səyahətçilər üçün diqqət mərkəzində Peru olmalıdır. Bu istiqamət 2026-cı ildə səyahət üçün dünyanın ən yaxşı yerlərindən biri hesab edilib, mart isə səyahət üçün ən cəlbedici aylardan biridir. Qaynarinfo xəbər verir ki, bu barədə "Express"
10.02.2026 117