Avropa bananı qadağan edir - Bəs bizə hansı ölkələrdən gəlir? AÇIQLAMA

Avropa bananı qadağan edir - Bəs bizə hansı ölkələrdən gəlir? AÇIQLAMAUşaqların gündəlik qida rasionunda xüsusi yer tutan bananla bağlı ciddi narahatlıqlar yaranıb. Son illər aparılan araşdırmalar bu məhsulda xərçəng riski, hormonal pozğunluqlar və reproduktiv sağlamlığa təsir edən maddələrin mövcudluğunu üzə çıxarıb. Məhz bu səbəbdən Avropa Birliyində banan istehsalında istifadə olunan bir sıra pestisidlər qadağan edilsə də, həmin maddələrlə yetişdirilən bananların Latın Amerikası və Asiya ölkələrində istehsalına icazə verilir. Almaniyada aparılan yoxlamalar zamanı banan nümunələrinin 63 faizində, Avstriyada isə 84 faizində Avropa Birliyində qadağan olunmuş kimyəvi maddələr aşkarlanıb. Xüsusilə Kosta-Rika, Kolumbiya, Ekvador, Pakistan, Çin və Hindistandan idxal edilən bananların sağlamlıq üçün potensial təhlükə yaratdığı bildirilir. Niyə bu maddələr təhlükəli olduğu halda, Avropa Birliyində istehsal olunur və başqa ölkələrə satılır?
Avropa bananı qadağan edir - Bəs bizə hansı ölkələrdən gəlir? AÇIQLAMAMövzu ilə bağlı Tribuna.az-a açıqlama verən qida mütəxəsisi-ekspert Ağa Salamov bildirib ki, Avropada banana qoyulan qadağalar illərdir davam edir. Avropada mexanizm belədir ki, pestisid qalıqları üçün dünyanın ən sərt limitlərini tətbiq edən bir yerdir. Almaniya, Fransa olsun Avropa ona qarşı çox ciddi yanaşır.

Ağa Salamovun sözlərinə görə, bitən bananların hamısı elə deyil. Burada partiya məsələsi var. Çox fermerlər var. Hansı fermer pestisiddən düzgün istifadə etmirsə, normativləri aşırsa, o partiya geri qayıdır. Avropaya idxal olunan bananlar yoxlanılıb nəzarətdən keçir. Pestisid normadan artıq aşkar olunarsa, dərhal satışdan çıxarılır və ölkəyə buraxılmır. Bu mexanizm həm də rəsmi olaraq tətbiq olunur. Pestisid çiyələyə banandan daha çox vurulur. Çünki çiyələk ən çox pestisid tələb edən bir meyvədir. Allergiyası yüksək olanlar, mədə xorası, mədə həssaslığı olan insanlar, Ağ ciyərlərində bronxial asması olanlar çiyələyi yeməməlidir. Amma bu o demək deyil ki, bananların hamısı təhlükəlidir.

Azərbaycana idxal olunan məhsullardan bəhs edən mütəxəssis qeyd edib:

"Bizə idxal olunan bananlar gömrük nəzarətindən keçəndə Qida Təhlükəsizliyi Agentliyi şöbəsi tərəfindən yoxlanılır. Yük onların üzərinə düşür. Onlar həmin bananları laboratoriyaya cəlb edirlər. Burada petsitid qalıqları, nitrad ölçülür, uyğunluq varsa buraxılır, bu maddələr normativlərdən yuxarıdırsa, ölkəyə idxal olunmur. Əgər o ver bananlar ölkəyə daxil olursa, AQTA məsuliyyət daşıyır. Mən ümid edirəm ki, bananlar laboratoriyadan keçir və ondan sonra şəhərə idxal olunur. Bir də çox vaxt deyirlər ki, "Azərbaycana GMO bananlar gəlir". Azərbaycan qanunvericiliyinin 21-ci bəndinə görə, GMO məhsulların ölkəyə idxal olunması qadağandır. Həmçinin, rayonlaşdırılması əkilməsi, satışı qadağandır. Amma sərgidə istifadə oluna bilər".

Vətəndaşlar banan alıb yeyərkən bunlara diqqət etsin:

"Düzdür, bananın qabığı yeyilmir, amma bununla belə, banan yuyulmalıdır. Çünki satış zamanı tozda qalır. Çox vaxt küçə satışlarında toz-torpağın içində olur. Meyvəni soyarkən əllərini meyvənin daxili hissəsinə toxundurmasınlar. Çünki əldə çirk olanda çarpaz, çirklənmə baş verir. Bu da zəhərlənməyə yol aça bilir. Çox parlaq olan, süni, açıq sarı tonlarda rəngə bənzəyən və yapışqan səthli bananlardan uzaq dursunlar. Eyni zamanda, kif qoxusu, qıcqırmadan yaranan spirt qoxusu, selikli səthi varsa, o zaman istifadə olunması qadağandır. Uşaqlar, xəstələr, hamilələr, immun sistemi zəif olanlar, kimya terapiya alan insanlar da risk qrupuna daxildir. Bu şəxslər banan alanda, ya təbii banan almalıdırlar, ya da sertifikatlı məhsul seçməlidirlər. Çünki sertifikatlı məhsulda zərərli maddələr normadan artıq olmur. İstehlak etdikdə isə gündəlik yeməsələr məqsədə uyğundur".

Ağa, Salamov həmçinin bildirib ki, bizim ölkəyə banan Kosta-Rika
Mən istəyərəm ki, valyutamız öz ölkəmizdə qalsın. Mövsümündə yetişən heyvanı, narı, almanı, daha üstün tuturam. Vətəndaşlara da tövsiyə edirəm ki, bizim radiusumuzda nələr bitirsə, onları yesinlər. Öz meyvə-tərəvəzimiz daha faydalıdır, nəinki kənardan gələnlər. Kostarikada, Ekvatorda, dünyanın harasında bitirsə, bitsin, Əgər onun göstəriciləri normaldırsa, onun idxalı qadağan oluna bilməz, zərərləri də yoxdur. Sadəcə olaraq düzgün yuyulmalıdır, və içinə əllə toxunmadan yeyilməlidir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycana Ekvator və İrandan gətirilən 24 ton banan aşkarlanan uyğunsuzluğa görə AQTA tərəfindən məhv edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1085   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.