Ermənistan məhsulları yaxın vaxtlarda bazarda: alıcılar güvənə bilərmi?
Uzun fasilədən sonra Ermənistan istehsalı olan məhsulların yaxın vaxtlarda Azərbaycan bazarında satışa çıxarıla biləcəyi ehtimal olunur. Bu yenilik istehlakçılar üçün ilk növbədə etimad məsələsini ön plana çıxarır. Alıcılar bu məhsulların keyfiyyətinə, təhlükəsizlik standartlarına və istehsal prosesinə nə dərəcədə güvənilə biləcəyini sual edir. Məhsulların mənşəyindən daha çox, onların ölkəyə daxil olarkən hansı yoxlama və sertifikatlaşdırma mərhələlərindən keçəcəyi, dövlət nəzarətinin necə həyata keçiriləcəyi istehlakçı etimadının formalaşmasında əsas amillər kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, Ermənistanla münaqişə dövründə də Ermənistan malları azda olsa Azərbaycan bazarına daxil olurdu. Yəni ərzaq malları, o cümlədən konyaklar, içkilər və s. satılırdı. Azərbaycanda mənim özüm ərikdən şübhələndim, ərik yeşiyinin altına baxdım gördüm erməni qəzetləri var Azərbaycanda satılan əriklərdə. Tiblisinin ikinci vağzalı deyilən bir yer var, orda bir bazar mövcuddur. Öz gözümlə görmüşəm, hər gün orda azərbaycanlılar, gürcülər, ermənilər görüşürdülər və mal, pul, tütün mübadiləsi edirdilər. O bazardan Azərbaycana mal daşıyan xüsusi insan qrupları var idi. Yəni xüsusi o mənada deyirəm ki, onlara sanki qatarlarda xüsusi bir status verilmişdi. Əsasən qadınlardan ibarət olan bu insanlar hər yerdə düşüb gəzirdilər. Əksər hallarda onlar heç biletdə almırdılar. Lakin Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bu hal tamamilə azaldı. Eləcədə qatar əlaqələri kəsiləndən sonra bu hal tamamilə yox oldu. Birmənalı şəkildə mən Azərbaycan mallarının Ermənistanda satılmasının hələ o vaxtdan tam tərəfdarı olmuşam. Lakin Ermənistan mallarının Azərbaycanda satılmasının tam əleyhinəyəm. Mən istəmirəm ki, Azərbaycanın bir manatıda Ermənistana getsin. Onun sözlərinə görə, lakin azad bazar iqtisadiyyatı şəraitində, yəni münasibətlərin qaydaya düşdüyü şəraitdə şübhəsiz ki, Ermənistanda istehsal olunan malların Azərbaycana gətirilməsi baş tutacaqdır: "Düşünürəm ki, insanlar buna çox şübhə ilə yanaşacaqlar və bu biznes çox uğurlu olmayacaq. Bəlkə 15-20 ildən sonra bu məsələ istehlakçılar tərəfindən dəstək qazana bilər. İnsanlar buna həssaslıqla yanaşacaqlar və almaq meyilləri olmayacaq. Ona görədə Qida Təhlükəsizliyi Agentliyinin üzərinə böyük vəzifə düşür.
Əgər Azərbaycan höküməti doğurdanda Ermənistan mallarının Azərbaycanda satılmasının tam tərəfdarıdırsa, ticarət mübadiləsini gücləndirmək istəyirsə, onda Qida Təhülkəsizliyi Agentliyi KİV-lə cəmiyyətlə elə bir iş aparmalıdır ki, əhalinin bu məsələyə inamı olsun. Qeyd edim ki, zəhərlənmə hallarında həttda insanlar Ermənistan malı istehlak etməsələr belə, yəni zəhərlənmə halı başqa maldan baş versə belə əksər hallarda insanlar düşünəcək ki, bu Ermənistandan gələn mallarla baş verir. Ona görədə Ermənistan mallarının ölkəyə gətirilməsi üçün böyük şəffaflıq hökm sürməlidir və burda da qeyd etdiyim ki, Qida Təhlükəsizlik Agentliyinin böyük rolu var".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1328 Tarix: 10 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 258 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 311 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131