Cey Di Vens Azərbaycanda: regionda əməkdaşlıq və Zəngəzur dəhlizi müzakirə olunur - POLİTOLOQDAN AÇIQLAMA

Cey Di Vens Azərbaycanda: regionda əməkdaşlıq və Zəngəzur dəhlizi müzakirə olunur - POLİTOLOQDAN AÇIQLAMAABŞ-ın vitse prezidenti Cey Di Vens bu gün Azərbaycanda rəsmi səfərdədir. Azərbaycana gəlməzdən əvvəl Vens Ermənistana səfər edərək Yerevanda yüksək səviyyəli görüşlər keçirib və regional əməkdaşlıq, sülh təşəbbüsləri barədə müzakirələr aparıb. Səfərin əsas mövzularından biri Zəngəzur dəhlizi layihəsi olub ki, bu da Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin açılmasını nəzərdə tutur. Vens Azərbaycanda həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də regional sabitlik və əməkdaşlıq perspektivlərini müzakirə edəcək. Səfər həmçinin Azərbaycan-Ermənistan dialoqunun dərinləşdirilməsi və qarşılıqlı etimadın artırılması baxımından da əhəmiyyətlidir.
Cey Di Vens Azərbaycanda: regionda əməkdaşlıq və Zəngəzur dəhlizi müzakirə olunur - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, hər iki istiqamətdə ABŞ-ın regionla bağlı maraqlarını ciddi şəkildə ön plana çıxardan əsas məsələlərdir. Onun sözlərinə görə, Vensin Azərbaycana gözlənilən səfəri çərçivəsində Amerika Azərbaycan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğu bir dövrdə, münasibətlərin daha da şaxələndirilməsi, yeni imkanların dəyərləndirilməsi nəzərdə tutulur: "Biz bilirik ki, Amerika ticarət palatasının nümayəndələri artıq Azərbaycandadır və dünən cənab prezidentlə görüşlər keçirildi. ABŞ-ın vitse prezidentinin kifayət qədər geniş tərkiblə Azərbaycana olacaq səfəridə Cənubi Qafqazda Azərbaycanın əsas lider rolunu bir daha ortaya qoyan regionla bağlı bütün istiqamətlərdə Azərbaycanla məsləhətləşmələrin və əməkdaşlığın ən əsası Amerika üçündə ön plana çıxarıldığını göstərən məqamlardan biridir.

ABŞ ilə Ermənistan arasında nüvə anlaşmasına gəlincə isə, düşünürəm ki, bunu hər hansısa bir formada regional təhlükəsizliyə təhdid yaradacaq məqamlar mütləq şəkildə istisna ediləcək. Çünki Amerika Azərbaycan münasibətləridə paralel şəkildə inkişaf edir və hər hansısa bir formada sülh sazişinə zərbə vura biləcək, yada Azərbaycanın təhlükəsizliyi və strateji hədəflərini gözardı edəbiləcək yanaşmaların ortaya qoyulacağını düşünmürəm".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 311
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.