Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi - VİDEO

Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi - VİDEO2019-cu il sentyabrın 2-də Binəqədi rayonundan Kliniki Tibbi Mərkəzə kəsilmiş-deşilmiş xəsarətlərlə Kürdəmir rayonunda qeydiyyatda olan 30 yaşlı Ruhəngiz Quliyeva və 32 yaşlı Roza Mahmudova daxil olublar.

Baku TV xəbər verir ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib, əməliyyat olunublar. Göstərilən tibbi yardımlara baxmayaraq, ertəsi gün vəziyyəti pisləşən R.Mahmudova xəstəxanada vəfat edib.

Axtarışda olan Samiq Quliyev sentyabrın 4-də təslim olub. İstintaqla müəyyən edilib ki, avqustun 23-də Samiq Quliyev baldızı Roza Mahmudovaya məxsus, Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən fərdi evdə yaşayan arvadı Ruhəngiz Quliyevanın boğazına bıçaq dirəməklə, boşanacağı halda onu öldürməklə hədələyib.

S.Quliyev həyat yoldaşının nikahın pozulması üçün Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi verməsində, eləcə də başqa şəxslərlə münasibətinin olmasında baldızının səbəbkar olmasını düşünərək, hər ikisini qisas niyyəti ilə öldürməyi qərarlaşdırıb. Sentyabrın 2-də saat 20 radələrində onların evdə olduqlarını bildiyi üçün yaşayış sahəsinə daxil olub. Bıçaqla müstəsna dərəcədə qəddarlıqla Ruhəngiz Quliyevaya xəsarətlər yetirib. Ardınca baldızına 12 dəfə bıçaq zərbəsi vurub.

Ruhəngiz Quliyeva aktiv müqavimət göstərdiyindən və vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən, həyatı xilas olunub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Samiq Quliyev bildirib ki, 2009-cu ildə Ruhəngiz Mahmudova ilə ailə həyatı qurub, nikahdan üç uşaqları var. Onların axırıncı yaşayış yeri Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən və baldızı Rozanın evinin yaxınlığında yerləşən ev olub. Qayınanası Sevil Kürdəmirə qayıtdıqdan sonra Ruhəngiz ona Rozanın yanına köçəcəyini və orada yaşayacağını deyib. O, buna razı olmasa da, arvadı öz bildiyini edib. Hadisədən təxminən 15 gün əvvəl baldızının evinə gedib. Rozanın böyük qızı Röya ona xalası Ruhəngizin ötən gün Mübariz adlı şəxsi evə çağırdığını deyib. Samiq ertəsi gün həyat yoldaşı işdən qayıdanda, eşitdikləri barədə arvadından soruşub. Ruhəngiz əvvəlcə heç nəyi boynuna almayıb, amma sonra guya Mübarizin xalası Şükufəyə borcu olduğunu və həmin borcunu qaytarmaq üçün onu evə çağırdığını deyib. Samiqin buna qədər də yolaşının müxtəlif kişilərlə ona xəyanət etməsi barədə şübhələri olub. Ruhəngizə bundan sonra birlikdə yaşamağın qeyri-mümkün olduğunu, boşanmaq üçün ərizə verməsini deyərək, evdən çıxıb. Avqustun axırlarında yeznəsi Rüfət ona Kürdəmir rayon məhkəməsindən göndərilən məktubu gətirəndən sonra məktuba baxdıqda Ruhəngizin ərizə ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyini bilib. Sentyabrın 2-də paltarlarını götürmək üçün baldızının evinə gedib, hasardan aşaraq, içəri daxil olub. Evdə olanda çöldən Roza ilə Ruhəngizin səsini eşidib, mətbəxdə, pərdə ilə örtülmüş şkafa girib gizlənib.

Bacılar evə girdikdən sonra mətbəxin işıqlarını yandırıblar, sonra hər ikisi Ruhəngizin yataq otağına keçib. Şkafdan çıxıb, otağa girəndə Roza güldanı götürərək, Samiqin başına çırpıb. Səs-küyə ayağa qalxan Ruhəngizin əlindən bıçağı alıb və onları vurmağa başlayıb. Otaqda əlinə keçən çəkiclə kimi vurduğunu xatırlamır. Samiq evdən çıxıb, bir müddət qonşunun həyətində gizlənib, sonra ordan qaçaraq, qardaşı Namiqin evinə gəlib. Samiq Quliyev əvvəlcədən cinayət əməli törətmək üçün hazırlaşmadığını, bacıların bir-biri ilə söhbət edərkən, kənar şəxslərlə görüşməyə hazırlaşdığı üçün əsəblərini cilovlaya bilmədiyini, ona görə də, gizləndiyi pərdə arxasından çıxıb həmin söhbətə aydınlıq gətirmək istədiyini qeyd edib.

Zərərçəkmiş şəxs Ruhəngiz Quliyeva ifadəsində göstərib ki, ümumiyyətlə, əri Samiqlə yaşadıqları müddətdə onların arasında həmişə mübasihələr olub. Buna onun ailəsinə qarşı laqeyd olması, qazandığı pulları yalnız özü üçün xərcləməsi səbəb olub. Qadın 2019-cu ilin iyul ayından Binəqədi qəsəbəsində yerləşən şirniyyat evində satıcı kimi işləməyə başlayıb. Samiq hər gün onu işə aparıb, axşamlar da özü arxasınca gəlib, evə qaytarıb. Bacısı Roza da ərindən boşanıb, buna baxmayaraq, İsmayıl tez-tez onlara baş çəkərək, uşaqlarına baxıb. Avqust ayında növbəti mübahisə zamanı Samiq onu döyərək, bıçaqla əlinə xəsarət yetirib. Ryhəngiz ərinin ailəsinə baxmamasından bezərək, boşanmaq üçün Kürdəmir rayon məhkəməsinə ərizə verib.

Qadın sentyabrın 2-də axşam saat 20 radələrində işdən evə qayıdıb. Qaz sobasının alt tərəfindən çıxan Samiqin sağ əlində çəkic, sol əlində isə bıçaqla onların üstünə gəldiyini görüb. Bacısı ilə qaçmağa macal tapmayıblar və məlum hadisələr baş verib.

Məhkəmə iclasında Samiq Quliyev ittihamlar üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samiq Quliyev 19 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1913   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zığ yolunda dəhşətli qəza - Anbaan video

Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol qəzası olub. "Qafqazinfo" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayıb. Bildirilib ki, baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağı

13.04.2026 458
.

Niyə 60 yaşdan sonra bəzi insanlar aktiv qalır, digərləri isə sürətlə zəifləyir?

60 yaşdan sonra bəzi insanların uzun müddət enerjili və aktiv qalması, digərlərinin isə sürətlə zəifləməsi genetikadan və ya sağlamlıqdan birbaşa asılı deyil. Qaynarinfo-nun məlumatlna görə, psixoloq Laxlan Braun "VegOut" nəşrində yazır ki, əsas fərq insanların həyatlarından üç vacib amil

13.04.2026 178
.

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən "Adilbərəkət" MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlam

13.04.2026 332
.

Ermənistanda ağır qəza: DİN avtobusu toqquşdu

Ermənistanın Baş naziri Nikol Paşinyanın müttəfiqlərini müşayiət edən Daxili İşlər Nazirliyinə (DİN) məxsus avtobus ağır yol-nəqliyyat hadisəsinə düşüb. xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə 11 aprel tarixində, saat 07:50 radələrində Kuçak-Apara

13.04.2026 257
.

Yerevanın mərkəzində yürüş: tərəfdarlar səfərbər oldu

Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının tərəfdarları Yerevanın mərkəzində yürüş keçiriblər. xəbər verir ki, görüntülər RIA Novosti tərəfindən yayımlanıb. Məlumata görə, aksiyanın dinc şəraitdə davam etdiyi, polis əməkdaşlarının isə etirazçılar

13.04.2026 306
.

Doğuşa görə məzuniyyət: ata və ana nə qədər gün alır?

"Uşağın doğulması ilə əlaqədar ödənişli məzuniyyətlərin verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən, kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrü əhatə edən ümumilikdə 14 təqvim günü müddətində ödənişl

13.04.2026 346
.

Fərdi yaşayış evlərinin tikintisi: qanun nə tələb edir?

"Fərdi yaşayış evinin tikilməsi üçün ilk növbədə əsas tələb torpağın təyinatının düzgün olmasıdır. Bəzən vətəndaşlar təyinatı uyğun olmayan torpaqlarda fərdi yaşayış evi tikmək istəyirlər ki, bu da qanunvericiliklə yolverilməzdir". Bunu BİG.AZ-a açıqlamasında vəkil Ramil Süleymanov bildirib

13.04.2026 309
.

Tural Abbaslı: "Cərimələrin məbləği qurumların istəyinə uyğun olaraq qəbul edilir"

Son dövrlərdə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin yüksək olması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar hesab edirlər ki, bu cərimələr onların aylıq gəlirləri ilə uyğunlaşmır və ödəniş zamanı ciddi çətinliklər yaradır. Mövzu ilə bağlı -a açıqlama verən A

13.04.2026 202
.

Ülviyyə İlyasova barədə qərar dəyişdi - 72 min manat ödəyəcək

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın barəsində olan qərarla bağlı növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevi

13.04.2026 363
.

TOP MP3