Tural Abbaslı: "Cərimələrin məbləği qurumların istəyinə uyğun olaraq qəbul edilir"
Son dövrlərdə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin yüksək olması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar hesab edirlər ki, bu cərimələr onların aylıq gəlirləri ilə uyğunlaşmır və ödəniş zamanı ciddi çətinliklər yaradır.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, istər yol hərəkəti qaydalarının, istər vergidən yayınma cərimələri, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimlər olsun, istərsə də Cinayət Məcəlləsindəki cərimələrlə bağlı normativlər qəbul olunmalıdır.
O bildirib ki, ümumiyyətlə, cərimələrin müəyyən olunmasının bir düsturu, mexanizmi olmalıdır ki, bütün cərimələr ona uyğun hesablansın: "Azərbaycanda cərimələrin yaranması, formalaşması mexanizmi yoxdur. Kim nə istəyir, hansı qurum nələri hansı formada görmək istəyirsə, onu da təklif edir və təəssüflə qeyd etməliyik ki, Milli Məclis də bunu müzakirə etmədən, hansı qurum necə göndəribsə, elə də qəbul edir. Cərimələrin məbləği müzakirə belə edilmir. Bu rəqəmlər hardan çıxıb, niyə belə yaranır, hansı kriteriyalarla formalaşır, Azərbaycanda minimum və orta aylıq əmək haqqı, bir vətəndaşın ayda ödəməsi mümkün olan cərimə məbləği nəzərə alınırmı? Bunların heç biri düşünülmədən, qurumların istəyinə uyğun olaraq qəbul edilir. Əziyyəti də insanlar çəkirlər. Ona görə də biz həmişə qeyd edirik ki, istər parlament, istər dövlət idarəçiliyində müxalifətin təmsilçiliyi olmadan, müxalifət qurumlarda real şəkildə təmsil olunmadıqca məsələlər müzakirə predmeti olmayacaq və iqtidardan gələn hər bir qərar da müzakirəsiz qəbul olunacaq və əziyyətini insanlar çəkəcək. Tək yol hərəkət qaydalarında deyil, digər sahələrdə də kifayət qədər yüksək məbləğdə cərimələr var və bunlar heç də ürəkaçan deyil. Cərimələrin əmələgəlmə mexanizmi, minimum və maksimum hədləri olmalıdır. Yoxsa kim necə istədi belə edə bilməz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1069 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
19:30 45 YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur
Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd
14:26 151 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
19:00 89 Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
11:51 321 Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. BİG.AZ "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşa
10:27 157 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 173 Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 191 "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video
"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə
12:20 167 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 169