İşəgötürənin ödəniş etməməsi: işçinin pensiya və sosial hüquqlarını məhkəmə yolu ilə bərpa etmək mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
İşəgötürən tərəfindən işçinin əmək haqqından tutulmalı olan sosial sığorta haqları, pensiya fonduna ödənişlər və vergi vəsaitlərinin ödənilməməsi əmək münasibətlərində ciddi hüquqi pozuntu hesab olunur. Bir çox hallarda işçilər bu cür qanunsuzluqlardan yalnız illər sonra, pensiya yaşına yaxınlaşdıqda və ya sosial təminat hüquqlarından istifadə etmək istədikdə xəbər tuturlar. Bu isə həm gələcək pensiya məbləğinə, həm də ümumi sosial təminat hüquqlarına birbaşa təsir göstərir.
Belə hallarda əsas hüquqi sual ortaya çıxır: işçi gec də olsa bu pozuntuları aşkar etdikdə məhkəməyə müraciət edə bilərmi və öz hüquqlarını bərpa etmək üçün hansı imkanlara malikdir? Mövcud qanunvericilik əmək münasibətlərində şəffaflığın qorunmasını tələb etsə də, ödənişlərin edilməməsi faktının sübuta yetirilməsi və iddia müddətləri məsələsi prosesin nəticəsinə ciddi təsir göstərə bilər. Bu baxımdan, işçinin hüquqlarının qorunması, dövlət orqanlarının nəzarət mexanizmləri və məhkəmə praktikasının bu tip mübahisələrdə yanaşması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu gün belə bir faktın olması çətin məsələdir. Çünki bütün proseslər elektronlaşdırılıb və buna nəzarət edən vergi orqanıdır. Onun sözlərinə görə, vergi orqanı baxır ki, əgər işçiyə əmək haqqı verilirsə, o zaman Dövlət Sosial Müdafiə Fondunada ödənişlər edilməlidir: "Əgər ödənişlər olunmasa vergi orqanı dərhal tədbir görür onsuzda. Amma bu problem əvvəllər olub. Çünki əvvəllər elektronlaşdırma, yəni mərkəzləşdirmə yox idi. Ona görədə indi vətəndaş pensiyaya çıxanda məlum olur ki, pensiya fondunda kapitalı azdır.
Məlum olur ki, hansısa şirkətdə işləyəndə işəgötürən tərəfindən işçinin Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqını ödəməyib. Bu keçmişdə dair çox ciddi problemdir. Cavabdeh əlbbətdəki həmin işəgötürəndir, əgər o indidə mövcuddursa. Yaxudda o şirkətin varisləri mövcuddursa onlardan tələb etmək olar vurulan ziyanı. Amma əksər hallarda həmin qurumlar artıq mövcud deyil. Bu halda ləğv edilən şirkətin rəhbəri sağdırsa ondan vurulan zərəri tələb etmək olar. Əgər ləğv edilən şirkətin rəhbəri artıq həyatda deyilsə, o zaman heç bir halda işçinin vurulan zərəri tələb etməsi mümkün deyil".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1077 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 200 İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca
13:19 155 Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma
10:49 184 "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video
"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə
12:20 168 Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
16:28 169 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 168 Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
18:00 121 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl
16:26 139 Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
10:21 201