Razi Nurullayevdən Zaur Mikayılovun dediklərinə cavab: "Günah vətəndaşda deyil, sistem boşluqlarındadır"

Razi Nurullayevdən Zaur Mikayılovun dediklərinə cavab: "Günah vətəndaşda deyil, sistem boşluqlarındadır"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun "Sənədsiz evlərə su, işıq, qaz verilməyəcək" açıqlaması cəmiyyətdə geniş rezonans doğurub. Bu qərarın əsas yükünün məhz vətəndaşların üzərinə düşməsi, sənədsiz tikililərə illərlə göz yuman və ya icazə verən qurumların məsuliyyətə cəlb olunmaması isə narazılıqları daha da artırır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, illərlə müxtəlif qurumların göz yumması, bəzi hallarda isə birbaşa iştirakı ilə formalaşmış bir vəziyyətin bu gün bütün məsuliyyətinin vətəndaşların üzərinə atılması nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır.

Deputat qeyd edib ki, insanlar həmin evləri birdən-birə tikməyiblər: "İllərlə kommunikasiyalar çəkilib, qeydiyyatlar aparılıb, dövlət qurumları bu prosesdən xəbərdar olub. İndi isə çıxıb demək ki, ssənədsizdir, su verilməyəcək, bu, problemin həllini daha da qəlizləşdirmək və vətəndaşlara psixoloji travma yaşatmaqdır. Ortada saxta sənəd, qanunsuz satış və ya icazə məsələləri varsa, ilk növbədə həmin sənədləri verənlər, göz yumanlar və bu prosesi idarə edən məsul şəxslər cavab verməlidir. Dövlət orqanlarının öz məsuliyyətini vətəndaşın üzərinə atması açıq şəkildə məsuliyyətsizlik və cavabdehlikdən yayınmadır. Digər tərəfdən, artıq həmin evlərdə illərlə yaşayan insanlar var. Onların su kimi əsas bir xidmətlə təmin olunmaması sosial baxımdan ciddi problem yaradır və bu, insanlara qarşı dolayısı ilə cəza tədbirinə çevrilir. Vətəndaş dövlətin səhvlərinin yükünü daşımalı deyil".

R.Nurullayev qeyd edib ki, dövlət bu tikililəri qanunsuz hesab edirsə, onda hüquqi və ədalətli çıxış yolu təqdim etməlidir: "Bu, ya həmin evlərin leqallaşdırılması istiqamətində real mexanizmlərin tətbiqi, ya da söküntü qaçılmazdırsa, beynəlxalq standartlara uyğun şəkildə ədalətli kompensasiyanın verilməsi ilə mümkündür. İnsanları nə sənədləşdirmə imkanı olmadan, nə də alternativ təqdim etmədən fakt qarşısında qoymaq düzgün deyil. Qəti mövqeyim ondan ibarətdir ki, vətəndaş bu vəziyyətin əsas günahkarı deyil. Problemin kökü idarəetmədə və illərlə formalaşmış sistem boşluqlarındadır. Bu boşluqlar aradan qaldırılmadan inzibati qadağalar tətbiq etmək yalnız sosial gərginliyi artıracaq və problemi daha da dərinləşdirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 13 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

19:30 45
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 151
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 89
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 321
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. BİG.AZ "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşa

10:27 157
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 173
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 191
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 167
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 169
.