"Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək..."

"Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək...""ASAN Xidmət tərəfindən verilən məlumata əsasən, iki gün ərzində faəliyyətinə icazə verilən təşkilatlarda işləyən 260 mindən də çox şəxs haqqında məlumat portala yerləşdirilmişdi. Şənbə gününə qədər 70 min, bir gün sonra 82 min nəfərin ölkədaxili hərəkət etməsinə icazə verilmişdi. 82 min şəxsin təkcə xidməti nəqliyyat vasitələri yox, şəxsi nəqliyyat vasitələrindən istifadəsinə də icazə verildi. Çox təəssüflər olsun ki, bundan da kütləvi şəkildə sui- istifadə hallarına yol verildi"

BiG.AZ xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, elə təşkilatlar, müəssisələr var idi ki, onlara Nazirlər Kabinetinin qərarına əsasən məhdud sayda işçilər haqqında informasiyanı icazə portalına daxil etməli olduqları halda, nə qədər işçiləri var idisə hamısının ad soyadını portala daxil etmişdilər: "Aydın məsələdir ki, portalda onun hərəkətinə icazə varsa, onların sərbəst hərəkətinə icazə verilir. Görünən odur ki, bu məlumatların ən çox portala daxil edilməsində məqsəd həmin insanların məhz həmin günlərdə Bakı, Sumqayıt, Abşeron rayonunun inzibati ərazisini tərk etmək olub. Bu onların özlərinin də əziyyət çəkməsinə gətirib çıxardı.

Həmin sui-istifadəyə yol verilən şəxslərin adının qara siyahıya salınması mümkündür. Ancaq onunla bağlı araşdırma aparılır. Bu bir və ya on maşın deyildi. Biz müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, portala daxil edilən məlumatlara nəzarət mexanizmi olmalıdır. Hər kəs öz istədiyi sayda əməkdaşı haqqında məlumatı ora daxil etməsin. Çünki bu məlumatın olması həmin şəxsin sərbəst hərəkətinə icazə verir. Polis yalnız portala görə yoxlaya bilir".

K. Əliyev həmçinin postdan keçməyə görə polis əməkdaşlarına hər hansı rüşvətin verilməsi ilə bağlı iddialara da cavab verib.

O bu iddiaların yeni olmadığını vurğulayıb: "Bu ölkədə xüsusi karantin rejimi tətbiq edilməyə başladığı vaxtdan gedən söhbətlərdir. Dəfələrlə sosial şəbəkədə bu haqda informasiyalar yayılıb. Biz də mütəmadi olaraq bu şayiələri yayan insanlara müraciət etmişik ki, konkret məlumat verin. Həmin şəxslərin gəldiyi avtomobilin dövlət nömrə nişanı bizə verilsin ki, biz onu araşdıraq. Postdan keçən vaxtı bilək ki, onu hansı əməkdaşımız yoxlayıb. İndiyə kimi bununla bağlı konkret fakt bizə verilməyib. Əgər fakt təsdiqini taparsa, həmin əməkdaş Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən cəzalandırılacaq. O nəinki orqandan xaric edilə, hətta haqqında cinayət işi də açıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1924   Tarix: 17 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızıl neçəyədir?

Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7

22.09.2026 162
.

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq"

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiy

22.09.2026 178
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22.09.2026 191
.

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər

22.09.2026 157
.

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur"

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam". "Qafqazinfo" xəbər veri

22.09.2026 191
.

"Kristal Estetik" və rəhbərliyi 29 min cərimə edildi - Kosmetoloq qanunsuz işləyib

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb. "Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, "Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsi

22.09.2026 226
.

"Rabitəbank" tələbləri pozdu - AMB sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. "Qafqazinfo" AMB-yə istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanmas

22.09.2026 249
.

"Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar"

"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılı

22.09.2026 206
.

Vahid məktəbli forması nizam-intizama necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəbli formaları ilə bağlı yeni qərar qəbul edilib. Yeni qaydalara əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan geyim elementlərindən istifadəsinə yol verilməyəcək. Qərarla valideynlərin də övladlarının müəyyən edilmiş məktəbli formasına riayət etməsini təmin etməsi nəzərd

22.09.2026 230
.